Saatlıda 5 otaqlı ev yanıb

Saatlıda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, Saatlı rayonunun Qarayevkənd kəndində ümumi sahəsi 220 m2 olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 220 m2 sahədə, 4 otağının və mətbəxinin yanar konstruksiyaları 140 m2 sahədə yanıb.
Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Cebhe.info