Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Saatlıda istehlakçı hüquqlarına dair maarifləndirmə tədbiri və treninq keçirilib



 İstehlakçı hüquqlarına dair maarifləndirmə tədbiri və treninq keçirilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Nazirliy yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə bu gün Saatlı rayonunda istehlakçı hüquqlarına dair konfrans keçirilib.

"Hər bir istehlakçı hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilmiş tədbirdə Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış ediblər, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən diqqət yetirməli olduğu məsələlər və s. barədə iştirakçıları məlumatlandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Həmin gün həmçinin Saatlı rayonunda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda təlim kursu keçirilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений