Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Saatlıda polis serjantını bıçaqlayan şəxsin kimliyi bəlli oldu



Ötən gün Saatlı Rayon Polis Şöbəsinin serjantı, 35 yaşlı Əvəz Eynullayevi bıçqlayan şəxsin kimliyi məlum olub.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı Şöhrət Ağadədə oğlu Əliyev bir neçə il əvvəl dünyasını dəyişmiş tibb elmləri namizədi, məşhur cərrah Ağadədə Əliyevin oğludur.

Ağadədə Əliyev uzun illər Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi və Tibb Universitetinin müəllimi işləyib. Respublikanın ən məşhur cərrahlarından biri olub. Şöhrət Əliyev isə ziyalı ailəsində doğulsa da, narkomaniyaya qurşandığı üçün dəfələrlə məhkumluq həyatı yaşayıb.

Hadisəyə gəlincə, onun, qonşu olan bu şəxslər arasındakı münasibətlərdən qaynaqlanan mübahisə zəminində baş verdiyi deyilir.

Əvəz Eynullayevə çoxsaylı bıçaq xəsarətləri yetirən Şöhrət Əliyev hadisə yerindən qaçdığı üçün hazırda axtarışları davam etdirilir.

Saatlı Rayon Prokurorluğunda faktla bağlı 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений