Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sabah Konstitusiya Məhkəməsinin Plenumu keçiriləcək - Prezident seçkiləri ilə bağlı



Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan olunması ilə əlaqədar sabah Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçiriləcək.

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir. Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 15-də Seçki Məcəlləsinin tələblərinə əsasən prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokol tərtib edərək, Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

MSK-nın yekun protokoluna əsasən, aprelin 11-də keçirilmiş prezident seçkilərində İlham Əliyev 86,02 faiz səslə qalib gəlib.

Zahid Oruc 3,12 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz, Razi Nurullayev isə 0,74 faiz və səs toplayıb.

MSK-nın yekun protokolunda qeyd edilib ki, səsvermədə seçicilərin 74,30 faizi iştirak edib. 12 403 səs etibarsız sayılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений