Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Sabiq erməni deputat təhlükənin anonsunu verdi: ““Metsamor” Çernobıla oxşayır”



“Hazırda “Metsamor” atom elektrik stansiyasının texnologiya və avadanlıqları köhnəlib və istifadəyə yararsızdır”.

Cebhe.info xəbər verir ki, bunu “Nairit” zavodunun keçmiş direktoru, eks-deputat Qaqik Nersisyan deyib.

Yerli mətbuata müsahibəsində keçmiş deputat “Metsamor”un təhlükəsindən danışıb:“Ermənistanda belə nüvə stansiyasının varlığı rusların mənafeyinə xidmət edir. Bu gün məhz onlar nüvə elektrik stansiyasını idarə edirlər. Əslində, nüvə stansiyası Rusiyanın Ermənistandakı təsisatı hesab edilməlidir. Bizdə olan atom stansiyası artıq anakronizmdir. Biz 1995-ci ildə nüvə stansiyasını yenidən qurmaq üçün böyük resurslardan istifadə etdik. Hələ heç vaxt hansısa ölkədə tikilən nüvə stansiyası bərpa edilməyib. Nüvə stansiyamız artıq anakronizmdir və onun texnologiyaları köhnəlib”.

"Metsarmor"u Çernobılla müqayisə edən keçmiş direktor stansiyanın təhlükə yaratdığını etiraf edib: “Potensial təhlükədən daha da artıq təhlükə var. Çernobılı unutmayaq. Çernobıl fəlakətinə texnoloji problem səbəb oldu. “Metsamor” da Çernobıla bənzəyir”. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений