Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sahib Məmmədov Milli Məclisə və QHT sədrlərinə səsləndi: Bu ciddi məsələdir



Milli Məclisin müzakirəsinə "Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi"nə qoşulmaq haqqında qanun layihəsi təqdim olunub.

Bu barədə QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü,  Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov məlumat verib.

O, qeyd edib ki, İngilis versiyasıda adı belə gedir: "Marrakesh Treaty to Facilitate Access to Published Works for Persons Who Are Blind, Visually Impaired or Otherwise Print Disabled ". Heç olmasa "görməyən" və "görmə məhdiyyəti olan" kimi tərcümə edərdilər.

 Ekspert bu məsələ ilə bağlı  ixtisaslaşmış QHT-lərin fəaliyyətini də tənqid edib:

"Həmkarlar  dünən bu barədə status yazmışdım. Təəssüf ki, özünü əlillərin maraqlarını müdafiə edən təşkilat adlandıran QHT-lərdən demək olar reaksiya olmadı.

 Məsələ ondadır ki, "Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi"nə qoşulmaq haqqında qanun layihəsi təqdim olunub.

Bu adı tərcümə edərkən kor və qüsurlu sözlərindən istifadə edilib.

Mən 10 nəfərə yaxın millət vəkili ilə danışmışam. Hamısı mənimlə razılaşır. Bu gün də Hikmət Babaoğlu, Musa Urud və Səməd Seyidovla danışmışam. Etirazımı bildirmişəm. Yaxşı olardı ki, Sizlər də bu məsələni qaldırardınız. Bu ciddi məsələdir."

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений