Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sahibkarlığın inkişafını əngəlləyən faktorlar



Orta və kiçik sahibkarlığın inkişafında yaranan problemlər hələ də qalmaqdadır. Bahalaşma, monopoliya, korrupsiya və digər bu kimi amillər bu sahənin inkişafına mane olan əsas məsələlərdəndir.

Bu sahədə mövcud olan problemlərlə bağlı “Cümhuriyət”in suallarını cavablandıran kiçik sahibkar,ictimai siyasi fəal Novruz Əsgərov maraqlı məqamlara toxunub.

-Novruz bəy, bu gün orta və kişik sahibkarlığın inkişafı niyə ləngiyir?

-Bu məsələdə bir çox problemlər var. Problemlərdən biri və başlıcası korrupsiyadır. Ancaq məsələni təkcə bununla bağlamaq doğru olmazdı. Nağd pul çatışmazlığının olması da sahibkarlığın inkişafını ləngidən əsas amillərdən biridir. Bu gün kreditlərə çıxış imkanları çox məhduddur. Baş verən devalvasiyadan sonra bankların kredit şərtlərini ağırlaşdırması və ayrılan kreditlərin 25-30 faizlə verilməsi iş adamlarnı qane etmir. Bu gün biznes o dərəcədə gəlir gətirmir ki, yüksək faizlə kredit götürüb iş qurasan. Digər tərəfdən baş verən bahalaşma alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Bu da sahibkarların əlində olan mallarını daha gec satmasına səbəb olur ki, nəticə etibarı ilə ödənişlər gecikir. Digər tərəfdən, bürokratik əngəllər də bu sahəni inkişafdan saxlayan faktordur. Sahibkarlıq üçün tələb olunan sənədlərin və prosedurların çoxluğu, bu sənədləri toplamaq və prosedurları yerinə yetirmək üçün çəkilən xərclər, vaxt itkisi sahibkarları narazı salan əsas məqamlardır. Yəni, sahibkar öz fəaliyyətini genişləndirməkdənsə, keyfiyyət göstəricilərini artırmaqdansa, yeni bazarlara çıxış imkanları araşdırmaqdansa bəzi sənədləşdirmə proseslərinə vaxt ayırır. Bu da sahibkarlığın inkişafını ləngidir.  Vergilərin yüksək olmasını xüsusilə, qeyd etmək lazımdır.

-Bu sahənin inkişafı üçün hansı işlərin görülməsi  lazımdır?

-İlk növbədə bu sahədə yaranan inhisarçılıq aradan qaldırılmalıdır. Vergilər aşağı salınmalı, gömrük rüsumları azaldılmalıdır. Ümumiyyətlə, bu sahənin inkişafı üçün ciddi islahatların aparılmasına ehtiyac var. Bundan əlvə sahibkarların aşağı faizlərlə kreditlərə çıxış imkanları təmin olunmalıdır. İlkin olaraq bu addımların atılmasına ehtiyac var. Ölkədə əlverişli biznes mühitinin yaradılması, kiçik və orta biznesin fəaliyyəti üçün cəlbedici investisiya şəraitinin qurulması istiqamətində hökumət mütəmadi olaraq işlər aparmalıdır. Sahibkarlığın inkişafı həm də vətəndaşların bu və ya digər şəkildə işlə təmin olması deməkdir. Məsələn, bir sahibkar yatırım edirsə, bu həm də iş yerlərinin yaranması deməkdir. Yəni, hökumət özü də bu məsələdə maraqlı olmalıdır. Çünki bu gün işsizliyin aradan qaldırılması hökumətin ən prioritet məsələsidir. Ancaq təəssüf ki, görülən işlər deyənlərə adekvat deyil.

“Cümhuriyət”








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений