Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Şahmat magistraturada tədris ediləcək



Türkiyədə şahmat magistratura pilləsində tədris olunacaq.

Cebhe.info türk mediasına istinadən məlumat verir ki, Türkiyədə orta məktəblərdə və bakalavr pilləsində tədris olunan şahmat magistratura proqramına da daxil ediləcək.

Türkiyə Şahmat Federasiyasının prezidenti Gülkız Tulayın sözlərinə görə, ölkədə 860 mindən çox şahmatçı var:

“Şahmatın magistratura səviyyəsində tədris olunması üçün uzun müddətdir çalışırıq. Bu, bizim üçün bir sıra yeni imkanlar yaradacaq. Gələcəyin şahmat mütəxəssislərini yetişdirə biləcəyik. Tədrisi vacib edən səbəb isə ölkə daxilindəki şahmatçılarımızın magistratura təhsili üçün xarici ölkələrə üz tutmalarıdır”.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений