Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sakinlər suya görə yolu bağladı: "Azərsu"dan icra nümayəndəliyinə qədər hər kəs SUSUR



Abşeron rayon Saray qəsəbəsinin sakinləri evlərinə su gəlmədiyinə görə yolu bağlayıblar.

Cebhe.info xəbər verir ki, məlumat sosial şəbəkədə yayılıb. Məlumatda bildirilib ki, Saray qəsəbəsində illərdir su gəlmir və insanlar yolları bağlayıb, etiraz edirlər.

Mövzu ilə əlaqədar olaraq Abşeron rayon Saray bələdiyyəsi ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da bizə cavab verən olmadı.

Daha sonra Abşeron Rayon Sukanal İdarəsi ilə əlaqə saxlamağa çalışdıq, ancaq bunun da taleyi ilə Saray bələdiyyəsi kimi oldu.

Telefonlarımıza cavab verən Abşeron rayon İcra Hakimiyyəti məsələni öyrəndikdən sonra bizə əlaqə üçün nömrə verdi. Lakin bunun da taleyi ilə əvvəlkilər kimi oldu.

Ən sonda isə Azərsu ASC Mətbuat Xidmətinin rəhbəri olan Anar Cəbrayıllı ilə əlaqə saxlamağa çalışdıq, o da bizim dəstəyimizi götürmədi.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений