Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Salyanda yol qəzası olub, xəsarət alanlar var



Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Bayraq meydanı yaxınlığında qeydə alınıb.

Belə ki iki minik avtomobilinin toqquşması nəticəsində Saatlı rayon sakini, 1987-ci il təvəllüdlü Hüseynov Fərid Şamil oğlu, Lerik rayon sakini, 1965-ci il təvəllüdlü Məmmədov Arzuman Çento oğlu və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений