Samux sakini iş zamanı laqundayla ayağını kəsib

Samux rayonunda 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sərkər kəndində baş verib.
Kənd sakini, 1965-ci il təvəllüdlü Azad Yəhya oğlu Həsənov laqundayla ağac kəsən zaman ehtiyatsızlıqdan ayağına xəsarət yetirib.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Cebhe.info