Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Saxlandığı deyilən diaspor nümayəndəsi canlı yayıma çıxdı: RESTORANDA



Bu gün Almaniya-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Xasay oğlu Quliyevin Bakıda, Fəvvarələr meydanında saxlanılması barədə məlumat yayılıb.

Cebhe.info xəbər verir ki, xəbər yayıldıqdan bir müddət sonra sosial şəbəkə hesabından canlı yayıma çıxan Rəşad Quliyev Bakıda restoranların birində oturduğunu deyib:

“Görürsünüz ki, bu adamlar heç bir əsası olmadan yalan məlumatı cəmiyyətə ötürürlər. Mən öz ölkəmdəyəm. Kimsə məni nədəsə ittiham etmək istəyirsə, hüquq-mühafizə orqanlarına müraciət edə bilər”.

Qeyd edək ki, R. Quluyevin saxlanması barədə zərərçəkənlərdən bəzilərinin etibarnamə üzrə nümayəndəsi, Almaniyada yaşayan hüquqşünas Əlövsət Əliyev məlumat vermişdi. 

Hicranə İsmayılova 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений