Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Saxta mühacir qalmaqalı: Qurunun oduna yaş da yanacaq?



Azərbaycanlıların Almaniyadan böyük köçü başlaya bilər. Son günlər bu ölkədən Azərbaycana deport edilən azərbaycanlılar haqqında müxtəlif informasiyalar dolaşır. Məlumatlara görə, artıq çox sayda azərbaycanlı bu ölkədən geri göndərilib və proses hələ də davam edir. Belə ki, həmin ölkədə yaşamaq üçün status ala bilməyənlərə kütləvi şəkildə geri dönmək, əks təqdirdə, deportasiya olunacaqlarına dair xəbərdarlıq edilib. Hətta vəziyyət o qədər kritik həddə çatıb ki, deport qərarını həzm edə bilməyənlər arasında səhhəti qəflətən pisləşən, infarkt keçirənlər də olub. Status ala bilməyən, amma bir neçə ildir ki, Almaniyada məskunlaşan azərbaycanlılar öz ölkələrinə geri dönmək istəmirlər. 

Yeri gəlmişkən xatırladaq ki, Almaniyadan deportasiya olunması barədə qərar çıxarılan Azərbaycan vətəndaşı intihara cəhd edib. Hadisə yanvar ayının 28-də baş verib. Belə ki, Almaniya hökuməti Bamberq şəhərində yaşayan Kəmalə İmaməliyevanın sığınacaq istəyinə mənfi cavab verib və onun öz ölkəsinə - Azərbaycana qaytarılması barədə qərar çıxarıb. 23 yanvar 2018-ci il tarixində səhər saatlarında onu deportasiya etmək üçün təlimatandırılmış 30 nəfərə yaxın xüsusi əlcəkli və silahlı polis əməkdaşının K. İmaməliyevanın yaşadığı mənzilə daxil olması isə bədbəxt hadisə ilə nəticələnib. Soydaşımız deportasiya olunmasına etiraz əlaməti olaraq həmin şəxslərin qarşısında bıçaqla qarın nahiyəsinə bir neçə zərbə endirib. O, aldığı zədələrə görə əməliyyat keçirib, daha sonra ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib. Qadın deportasiya qərarından ağır stress keçirib. Almaniyadan hər 10 geri göndərilmə prosesindən 1-i intihara cəhdlə nəticələnir. Bu cəhdləri nəzərə alaraq, Almaniya hökuməti bu ildən etibarən sığınacaq üçün müraciət etmiş şəxslər haqqında daha tez qərar verilməsi və geri göndərilmə prosesinin mümkün qədər tez həyata keçirilməsini planlaşdırır. 

Digər bir məlumata görə, deportasiya edilən həmyerlilərimiz daha çox saxta sənədlər və başqa adlarla sığınacaq almaq istəyən, araşdırma zamanı isə şəxsiyyəti müəyyən olunanlar olub. Hazırda qaçqın statusu almağa çalışan xeyli azərbaycanlının geri qaytarılması gözlənilir. Çünki onların əksəriyyəti saxta sənəd və qondarma səbəblərlə Almaniyaya sığınıblar. Araşdırma zamanı “uydurulan hekayə” alman rəsmi dairələrini inandırmadığına görə əksəriyyət üçün geri dönüş yolu görünür. Ancaq yaranmış vəziyyət, saxta mühacir qalmaqalı ilə bağlı aşkarlanan yeni-yeni faktlar həm Almaniyada, həm də başqa ölkələrə köç edən həqiqi mühacirləri də təhlükə altında qoyur. Başqa sözlə desək, qurunun oduna yaş da yanır. Son vaxtlar Almaniyada azərbaycanlıların kütləvi deport ediləcəyi xəbərləri saxta sənədlərlə, müxtəlif vasitələrlə aldıqları arayışlarla mühacirət edənlərlə yanaşı, həqiqi mühacirlər arasında da təşviş yaradıb. Hər bir mühacirin yenidən uzun yoxlama prosesindən keçirilməsi gözlənilir. 

Almaniyadan Azərbaycana qaytarılanların rəsmi sayı açıqlanmır. Amma söyləntilərə görə, bu say heç də az deyil. Məlumatlara görə, Almaniyaya sığınmış saxta mühacirlər artıq həqiqi mühacilərə də problem yaradır. Sirr deyil ki, son illərdə azərbaycanlıların Almaniya və Avropa ölkələrinə getməsi halları artıb. Mühacirət edən soydaşlarımızın arasında saxta sənədlərlə xarici ölkələrə üz tutanlar, siyasi fəaliyyətlə məşğul olduğunu və buna görə təqiblərə məruz qaldığını iddia edib sığınacaq arzusunda olanlar çoxluq təşkil edir. Onların bir çoxu ənənəvi müxalifətin sənələrindən istifadə edir, hansı ki həmin sənədlər müəyyən nlaşmayla verilib, həqiqi fəaliyyətlə yox. Ona görə də tez-tez mətbuatda, sosial şəbəkələrdə zaman-zaman saxta mühacirlərlə həqiqi mühacirlər arasında mübahisələrin şahidi olmuşuq. Çünki onların əksəriyyəti saxta sənəd və qondarma səbəblərlə Almaniyaya sığınıblar. Onu da bildirək ki, kütləvi deportla bağlı məsələyə Daxili İşlər Nazirliyi də öz mövqeyini bildirib. Nazirliyin açıqlamasına görə Almaniya Federativ Respublikasından ölkəmizə neçə mühacir qaytarılması və ya həmin dövlətdən respublikamıza rəsmi qaydada deportasiya edilmiş şəxslər barədə DİN-in Mətbuat Xidmətində hər hansı məlumat yoxdur. Almaniyadan hər 10 geri göndərilmə prosesindən 1-i intihara cəhdlə nəticələnir. Bu cəhdləri nəzərə alaraq, Almaniya hökuməti bu ildən etibarən sığınacaq üçün müraciət etmiş şəxslər haqqında daha tez qərar verilməsi və geri göndərilmə prosesinin mümkün qədər tez həyata keçirilməsini planlaşdırır. 

Bəzi məlumatlara görə, müxtəlif səbəblərdən ölkəni tərk edən mühacirlər saxta mühacir biznesi ilə bağlı toplantı keçirmək, saxta mühacir biznesinə girişən adamlarla bağlı xüsusi müraciət hazırlamaq niyyətindədirlər. 

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений