Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

SDU-da “Açıq qapı” günü keçirilib



Yanvarın 12-də Sumqayıt Dövlət Universitetinin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, qeyri-hökumət təşkilatları və KİV-lərin nümayəndələrinin iştirakı ilə 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına dair növbəti “Açıq qapı” günü keçirilib.

Əvvəlcə qonaqları rektor, professor Elxan Hüseynov qəbul edərək, imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq barədə məlumat verib. 

Rektor professor Elxan Hüseynov qonaqlara həmçinin Sumqayıt Dövlət Universitetinin 55 ildə keçdiyi inkişaf yolundan, bu illər ərzində əldə etdiyi uğurlardan, qarşıda duran vəzifələrdən, beynəlxalq əlaqələrindən və ali məktəbin dünyanın bir çox universitetləri ilə sıx əlaqələrindən bəhs etdi. Bildirdi ki, yaxın zamanda Sumqayıt Dövlət Universitetinin inşa ediləcək iki yeni tədris binalarının təməlqoyma mərasimi keçiriləcək. Bütün bu uğurlar onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir və Prezident cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. 

Sonra nümayəndə heyəti Mühəndislik, Tarix və coğrafiya, İqtisadiyyat və idarəetmə, Riyaziyyat, Kimya və biologiya fakültələri üzrə keçirilən imtahan auditoriyalarında valideynlərin də imtahan prosesini müşahidə etdiklərini görüblər. Onlar tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanıb, yazılı imtahan işlərinin kodlaşdırılması otağında olub, imtahanların obyektiv keçirilməsi barədə fikir mübadiləsi aparıblar. Tələbələr də öz növbələrində yaradılan şəraitdən və imtahanların gedişindən razı qaldıqlarını bildiriblər.

Sonda İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri qərara gəliblər ki, imtahanın sessiyasını gedişini mütəmadi izləyəcəklər.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений