Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Səbuhi Abbasov: ÜAK-ın ləğvi ilə bağlı proseslər Rusiya hökumətinin mövqeyi deyil



Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış iddia əsasında keçirilən məhkəmə prosesində Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv ediləcəyi ilə bağlı məsələlər və onun ətrafında baş verən proseslər Rusiya hökumətinin və Rusiya administrasiyasının mövqeyi deyil.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, bu Rusiyada fəaliyyət göstərən erməni yönümlü şəxslərin təxribatlarıdır: "Bu gün Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiyada fəaliyyət göstərən ən böyük diaspor təşkilatıdır. Bu təşkilatın böyük bir tarixi var. İki ölkə arasında olan həm siyasi, həm iqtisadi, həm mədəni əlaqələrə böyük töhfə verən bir təşkilatdır. Bu cür təşkilatın hər hansısa bir bəhanə ilə bağlanılması Rusiya-Azərbaycan münasibətlərinə də xələl gətirə bilər. Bu, Rusiya hökumətinin mövqeyi olmadığı üçün Azərbaycan tərəfi, ölkə ictimaiyyəti bununla bağlı Rusiyaya müraciətlər ünvanlamalıdır. Hesab edirəm ki, Azərbaycan ictimaiyyəti, xüsusən də vətəndaş cəmiyyətinin üzvləri mayın 15-ə təyin olunacaq məhkəmə ilə bağlı öz münasibətlərini rəsmi şəkildə göstərməlidir".

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğv edilməsi iddiası ilə bağlı məhkəmə prosesi keçiriləcək.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений