Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Səbuhi Rəhimlinin yeni kitabi işiq üzü görüb



Tədqiqatçı-jurnalist, astroloq Səbuhi Rəhimlinin yeni kitabı işıq üzü görüb. “Avesta gerçəyi” adlanan kitabda əsasən xalqımızın qədim mərasim və bayramlarından söhbət açılır. 

Müəllifin sayca 40-cı kitabı olan bu tədqiqat əsərində bir çox mübahisəli məsələlərə aydınlıq gətirilib. S.Rəhimli açıqlamasında bildirib ki, Novruzla bağlı əsrlərdən günümüzə qədər davam edən mübahisələr var. “Bu sahə ilə məşğul olan onlarla alim var, lakin onların tədqiqatları hansısa elmi, dini mənbəyə söykənmir, daha çox fərdi yozum xarakteri daşıyır. O alimlərin heç biri novruzqabağı mərasimlərin niyə məhz çərşənbə günü keçirilməsini bilmir. Çərşənbələrin yaranma kökünü bilməyənlər, Avestada səhih və elmi izahlarla verilən mətnləri oxumayanlar bu gün çərşənbələrin hansı ardıcıllıqla gəldiyini söyləməkdə çətinlik çəkirlər. Bu kitabı yazmaqda məqsədim məhz bu tərəddüd və mübahisələrə birdəfəlik son qoymaq olub”.

Səbuhi Rəhimli əlavə edib ki, kitabda min illər öncə keçirilən digər qədim bayramlarımızdan, müxtəlif mərasimlərdən, zərdüştilikdə keçirilən orucluqlardan, həmçinin ilk monoteist dinin yaradıcısı olan Zərdüşt Peyğəmbərdən olduqca geniş məlumatlar var.

Xatırladaq ki, 17 mart 2018-ci ildə saat 14:00-16:00 radələrində “Akademkitab” kitab evində “Avesta gerçəyi” kitabının təqdimat mərasimi keçiriləcək. 

Ünvan: “Akademkitab” kitab evi (BDU-nun yanı, “Elmlər Akademiyası” metrosunun yeni çıxışının 20 metrliyi)

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений