Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

SEÇKİ 2018: Partiyaların namizədi kim olacaq?



2018-ci ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək.Artıq bir sıra partiyalar seçkilərdə iştirakla bağlı qərar qəbul ediblər.Maraqlıdır, hansı partiyalar seçkilərə öz namizədləri ilə qatılacaq?

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə şərhində təmsil olunduğu partiyanın seçkiyə öz namizədi ilə gedəcəyini deyib:

“Gələn il prezident seçkiləri gözlənilir. Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkənin bu taleyüklü siyasi hadisəsində iştirak üçün genişmiqyaslı işlər aparır.Regionlarda təşkilatlanma və əhali arasında seçki prosesinə qatılmağın zəruriliyi daim qeyd edilir.Bu illər ərzində vətəndaşların ənənəvi müxalifətə və seçki prosesinə inamı demək olar ki, qalmayıb.Xalq seçki ilə nəyinsə dəyişə biləcəyini real hesab etmir.

AXCP sədri Razi Nurullayevin son iki ildə müxalifətin siyasi sağlamlaşdırılması istiqamətində verdiyi mühüm qərarlar, xalqın ümidini artırıb.Təbii ki, partiya olaraq seçkidə iştirakı, xalqı proseslərə cəlb etməyi düşünürük.Əgər müxalifət vahid namizəd məsələsində konsensus əldə edə bilməsə, seçkilərə öz namizədimizlə gedəcəyik. Gələn il prezident seçkilərində namizədimiz AXCP sədri Razi Nurullayevdir. Razi Nurullayevin seçkiyə qatılması və öz siyasi-iqtisadi proqramı ilə Azərbaycan xalqının rəğbətini qazanacağına şübhə etmirəm.

Çünki, xalq yeni liderlə yeni dəyişikliklərə getmək istəyir. AXCP sədri Razi Nurullayevin yeni dəyişikliklərə çağırışı xalqın 2018-ci il seçkisində bir araya gəlməsinə rəvac verəcək”.

Ağ Partiya da namizədini müəyyənləşdirən partiyalar sırasındadır. Partiyanın sədri Tural Abbaslı prezident seçkilərində özünün namizəd olacağını deyib:

“Partiya bu haqda qərar verib. Ağ Partiyanı prezident seçkilərində mən təmsil edəcəyəm.Alternativ namizədin olacağı gözlənilmir”.

Prezident seçkilərində iştirakla bağlı ilkin qərar verən partiyalardan olan Vətəndaş və İnkişaf Partiyası da (VİP) artıq öz namizədini müəyyənləşdirib.VİP İcra Aparatının rəhbəri Ramil Hüseynov açıqlamasında deyib ki, partiyanın namizədi Əli Əliyev olacaq.

Müsavat da öz namizədi ilə seçkiyə getməyə hazırlaşır. Müsavat Partiyası icra aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, partiyanın namizədi 2014-cü ildə keçirilən qurultayda müəyyən edilib:

“Müsavat Partiyasının namizədi sabiq sədr İsa Qəmbər olacaq”.

Azərbaycan Demokrat Partiyası (ADP) isə seçkiyə qatılacaq. Partiyanın sədri Sərdar Cəlaloğlu deyib ki, seçki ilə bağlı məsələlər həll olunub:

“Seçki formal xarakter daşıdığı üçün biz də seçkiyə formal olaraq hazırlaşırıq”.

Ümid Partiyası isə hələ seçki ilə bağlı vahid qərar verməyib. Partiya sədrinin müavini Taleh Əliyev bu haqda qərarın qurultayda veriləcəyini deyib:

“Qurultay isə gələn il keçiriləcək. Ona görə də partiyanın bu istiqamətdə vahid qərarı yoxdur”.

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений