Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Seçki bitdi: Lirəni qiymətə mindirmək mümkün olacaqmi? - EKSPERT RƏYİ



Rəcəb Teyyub Ərdoğan Bakıdan qayıdarkən təyyarədə jurnalistlərə deyib ki, tezliklə dolların məzənnəsi də, faizlər də düşəcək. 

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı ekspert Şahin Cəfərli bildirib.

O, qeyd edib ki, R.T.Ərdoğan daha sonra bildirib ki, yeni sistemdə kimin hansı səlahiyyətə sahib olması məsələsində heç bir qarışıqlıq yoxdur, çünki hər şeyə mən özüm nəzarət edirəm:

"Onsuz da inzibati müdaxilə qorxusu içində olan Türkiyə valyuta bazarı bu bəyanata neqativ reaksiya verdi, dollar gün ərzində xeyli bahalaşaraq 4,9 lirəyə yüksəldi və 5 lirə psixoloji həddinin kəndarına gəldi. (Avro 5,7 lirəni keçdi.) Lirənin ucuzlaşmasına təsir edən digər amil may ayına aid xarici ticarət rəqəmlərinin açıqlanması oldu. Mayda xarici ticarət kəsiri (mənfi saldo) gözləntiləri aşaraq 5,9 milyard dollara (illik 58 milyard $) yüksəlib". 

Qardaş ölkədə lirənin dəyər itirməsinin başqa bir səbəbi kimi prezidentin öz kürəkənini iqtisadiyyatın patronu təyin etməsindən sonra Türkiyədən kapital çıxışının sürətlənməsi olduğu göstərilir deyən ekspert hesab edir ki, həm böyüyən büdcə kəsirini qapatmaq, həm də borclara xidmət göstərmək üçün Türkiyənin ciddi xarici maliyyələşməyə (yeni borclanmalara) ehtiyacı var: 

"Ölkəyə sərmayə daxil olmur və avtoritarizmin daha da möhkəmləndiyi bir şəraitdə bundan sonra çətin daxil olsun. (Bəlkə Qərblə münasibətlərdə hansısa ciddi güzəştlərin müqabilində maliyyə cəlb etmək mümkün olar, yaxud Çin kömək edər, onu deyə bilmərəm.) FED-in faiz artırma siyasətindən sonra Avropa Mərkəzi Bankının da balansı daraltma siyasətinə başlayacağını elan etməsi, hətta gələn ilin payızından faiz artırmağa başlamağı planlaşdırması ucuz borc dönəminin tamamən bitməsi deməkdir. Üstəlik, Türkiyənin kredit reytinqlərinin aşağı olması və CDS premiyasının Yunanıstanın müvafiq göstəricisini də aşması haradan, hansı şəkildə, hansı faizlə borc cəlb olunacağı sualını gündəmə gətirir. Artıq IMF-in adı hallanmağa başlayıb. 

Ərdoğanın açıqlamaları onun iqtisadiyyatda inzibati üsullarla nəticə əldə edəcəyinə inandığını göstərir. Şübhəsiz ki, o, öz müşavirləri ilə bu məsələləri müzakirə edir, çıxış yolları müəyyənləşdirir. Məsələn, bir neçə ay əvvəl müşavirlərdən biri təklif edib ki, valyuta bazarında durum nəzarətdən çıxsa, İstanbul birjasını bağlayaq".

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений