Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Seçki məntəqəsində QARŞIDURMA



İstanbulun Zeytinburnu bölgəsində yerləşən Abdülhak Hamit orta məktəbində  təşkil edilmiş seçki məntəqəsində dava düşüb.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, dava səs verməyə gedən iki qrupa arasında olub. Bir nəfər görmə qüsuru olan şəxsin yerinə səs vermək istəyib.

Müşahidəçilər onun görmə qüsuru olan şəxsin hamisi olub –olmadığını aydınlaşdırmağa çalışıblar. Bu zaman narazılıq yaranıb və bir qrup Alper Ölçer adlı şəxsə hücum ediblər. Başından zərbələr alan Alper Olçer xəstəxanaya aparılıb.

Aydın
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений