Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Seçkidən sonra qara mühasibatlığa son



Əli Əhmədov: “Başda mətbuat olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində  vergidən yayınmalar var. Nəzarət ona yönələcək ki, bunlar olmasın”

Ölkədə gizli iqtisadiyyat ləğv edilir, leqal iqtisadiyyata keçilir. Yoxlamalar azalacaq, qara mühasibatlıq ləğv olunacaq, bir sözlə kölgə iqtisadiyyatı aradan qaldırılacaq. 

Bu təkliflə çıxış edən vergilər naziri Mikayıl Cabbarov nazirliyin vergi sistemi üçün yeni strategiya hazırladığını açıqlayıb. Nazir deyib ki, vergi işçiləri ilə vergiödəyiciləri arasında sağlam münasibətlərin inkişafı əsas hədəflərdən biri kimi nəzərdə tutulur.

İqtisadçı-ekspert Əli Əhmədov Cebhe.info-ya açıqlamasında deyib ki, əslində kölgə iqtisadiyyatı bütün ölkələrdə var: 

“Sadəcə söhbət onun həcmindən gedir ki, nə qədər azdır və çoxdur. Kölgə iqtisadiyyatının aradan qaldırılmasının əsas üsulu vergi və gömrük nəzarətinin artırılmasıdır. Əslində nazir çıxışında bəzi məsələlərə müəyyən qədər aydınlıq gətirib. Bu günə qədər sahibkarların incidilməməsi üçün bəzi məsələlər arxa plana keçmişdi. Bəzi hallarda kassa çeklərinin vurulmamasına göz yumulurdu. Bu addım bütün potensial vergiödəyiciləri ki, var onlardan lazım olan vergini tutmağa yönəlib. Hətta çörəyə görə kassa çeki də vurulmalıdır. Bu düz yanaşmadır və praktikadır. Başda mətbuat olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində  vergidən yayınmalar var. Nəzarət ona yönələcək ki, bunlar olmasın. Bununla bağlı aidiyyatı qurumlar stimullaşdırıcı tədbirlər planlaşdırırlar”. 

Ekspertin sözlərinə görə, vergidən yayınma hallarından biri də alqı-satqılar zamanı malların qiymətinin artıq və aşağı göstərilməsidir: 

“Onların rəsmiləşdirilməsi üçün aidiyyatı işçilərin də iştirakı olmalıdır. Əsas məsələ vergidə baş verənlərin gömrükdə də baş verməsidir. Əgər mən xaricdən 100 mal gətirirəm və onun yarısı qeydiyyata düşür, yarısı düşmürsə, bu da vergidən yayınmadır. Bütün bu yayınmaların qarşısını almaq üçün sistem çox yüksək səviyyədə əlaqələndirilməlidir. Ümumiyyətlə, bütün bu tədbirlər kölkə iqtisadiyyatının qarşısını almalıdır. Azərbaycanda qanunsuz sahibkarlıq halları var. Bunlar qeydiyyata düşməyən, amma istehsal olan sahibkarlıqdır. Elə müəssisə var ki, rəsmi göstərişdə 10 malın istehsal edildiyi göstərilir, amma 100 mal buraxır. Bunlara artıq nəzarət artmalıdır. Son vaxtlar bu məsələyə nəzarət azaldığından xeyli problemlər yaranmışdı. Hesab edirəm ki, bu sahədə ciddi dəyişikliklər baş verəcək. Əsas odur ki, mübahisələr ədalətlə həll olunsun və bu yanaşma bütün şirkətlərə şamil olunsun. Yəni bu sahədə ayrı-seçkilik olsa, məsələnin əhəmiyyəti və səmərəsi olmayacaq”. 

Qeyd edək ki, “Cümhuriyət” qəzeti 11 aprel prezident seçkilərindən sonra kölgə iqtisadiyyatı ilə mübarizə aparılacağı ilə bağlı yazı dərc etmişdi.

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений