Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Seçkinin qalibi döyüşçülərlə ittifaqa getdi



İraqda bu ilin mayında keçirilən parlament seçkisinin qalibi olan şiə lider Müqtəda əs -Sədr maraqlı ittifaqa razılıq verib. O, Həşdi- Şabi ( İraq xalq könüllü döyüşçüləri) qruplarının da yer aldığı “Fəth” (“Qələbə”) koalisiyası ilə parlamentdə ən böyük fraksiyanı formalaşdıracaq.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, Müqtəda əs -Sədr Nəcəfin Hannana bölgəsindəki evində Həşdi -Şabi komandirlərindən olan və “Fəth” kolisiyasının liderlərindən biri Hadi əl- Amiri ilə görüşüb. Daha sonra mətbuat üçün birgə açıqlamada parlamentdə birgə fraksiya yaratmaq qərarı açıqlanıb. 

Xatırladaq ki, seçkidə Sədrin də təmsil olunduğu “Sairun” koalisiyası parlamentdəki 329 yerdən 54-ü qazanıb. “Fəth” koalisiyası isə 47 yerə sahib olub. Baş nazir Heydər əl-İbadinin koalisiyası 43 deputat mandatı əldə edib. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений