Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Səfir Lakot: Fransa Azərbaycana və Ermənistana silah satmayacaq



"Fransada Bakıya silah satmaqla bağlı qoyulan embarqonun aradan qaldırılmasına dair mediada yayılan xəbərlər həqiqətə uyğun deyil".

Azvision.az xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot bu gün keçirdiyi mətbuat konfransında deyib.

Diplomat bildirib ki, Fransa Minsk Qrupunun 3 həmsədr ölkəsindən biridir və problemin dinc yolla nizamlanmasının tərəfdarıdır. Silah satışı isə bu prinsipə ziddir.

“Fransa beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini dəqiq və həssaslıqla yerinə yetirir. Bura Dağlıq Qarabağ münaqişəsində istifadə oluna biləcək silah və hərbi sursat təchizatından çəkinmək də daxildir”, - deyə Lakot bildirib.

O vurğulayıb ki, bu səbəbdən Parisin Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə - Ermənistan və Azərbaycana silah satmaq fikri yoxdur.

Qeyd edək ki, yerli və erməni KİV-lərində Fransa hərbi şirkətlərinin embarqodan azad olaraq, Azərbaycana silah satışına icazə alması barədə xəbərlər yayılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений