Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Səfirin fəalliyyəti narazılıq doğurdu - “Ən passiv səfir kimi yadda qalacaq”



“ABŞ son illərdə Azərbaycanla danışıqlara kiçik ranqlı əsasən qadın diplomatlar göndərir. Görünən budur ki, Vaşinqton Azərbaycana bir o qədər xüsusi diqqət ayırmır. Yalnız təhlükəsizlik və enerji məsələlərində əməkdaşlığa üsrünlük verir”. 

Cebhe.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə belə deyib.

Politoloq qeyd edib ki, bu sahələrdə aparılan danışıqlara da Ağ Ev aşağı ranqlı diplomatlarını göndərir: “Hazırda ABŞ regionda Gürcüstan və Ermənistana daha çox diqqət ayırır və bu ölkələrlə siyasi əlaqələr yüksək səviyyədə saxlanılır. Rəsmi Bakı Vaşinqtonun bu siyasətindən razı kimi görünür. Çünki ABŞ iqtidarın istəyinə uyğun olaraq, daxili siyasi məsələlərə qarışmır, insan haqları və demokratiya sahələrində problemlərdən söz açmır. ABŞ da Azərbaycan üçün lazım olan danışıqları kiçik ranqlı diplomat səviyyəsində aparır. Vaşinqtonun ölkəmizə qarşı bu laqeyd siyasətinin arxasında erməni lobbisinin dayandığını istisna etmirəm. ABŞ-da fəaliyyət göstərən “Erməni Milli Konqresi” Ağ Evin ölkəmizə qarşı mənfi siyasət yürütməsində mühüm rol oynayır. Lakin buna baxmayaraq, rəsmi Bakı Vaşinqtonla siyasi-diplomatik əlaqələri inkişaf etdirməli və yüksək səviyyədə danışıqlar aparmalıdır”. 

M.Əsədullazadənin sözlərinə görə, Vaşinqton – Bakı münasibətlərinin zəifləməsində səfir Robert Sekutanın da “əməyi” var: “Sekuta  sələflərindən fərqli olaraq, iki ölkə arasında münasibətlərin inkişafı üçün səylər etmir. Demək olar ki, Robert Sekutanın fəaliyyəti Fələstinin ölkəmizdəki səfirinin fəaliyyətindən də aşağıdır. “Səssiz diplomatiya”ya üstünlük verən cənab Sekuta bununla ABŞ –Azərbaycan münasibətlərini ən aşağı pilləyə endirib. O, elə bir vəziyyət yaradıb ki, Azərbaycan tamamilə ABŞ-ın diqqətindən kənarda qalıb. Onun Minsk qrupu səviyyəsində də fəaliyyətsizliyi ortadadır. Hesab edirəm ki, Sekuta ABŞ-ın ölkəmizdə ən fəaliyyətsiz səfiri kimi yadda qalacaq. Ölkəmizə ikitərəfli siyasi əlaqlərdə dinamiklik yaradan Metyu Brayza kimi səfir lazımdır”. 

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений