Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Səfirlikdə 389 kiloqram kokain tapılıb



Argentinadakı Rusiya səfirliyində tapılmış irihəcmli kokainə görə keçmiş rusiyalı diplomat və argentinalı polis əməkdaşı saxlanıb. “Associated Press” agentliyi yazır ki,bu açıqlamanı rəsmilər fevralın 22-də veriblər. Artıq bir il idi beynəlxalq narkotik maddə şəbəkəsiylə bağlı araşdırma gedirdi.

Argentina təhlükəsizlik naziri Patricia Bullrich deyib ki, 389 kiloqramlıq kokain 2016-cı ilin dekabrında aşkarlanmış yükün içində gizlədilib. Çərşənbə günü – dekabrın 21-də rus mənşəli Argentina vətəndaşları Alexander Chikalo və polis əməkdaşı Ivan Blizniouk saxlanıblar. Chikalo logistikanın, Blizniouk isə gömrük nəzarətindən keçməkdən ötrü kontaktların təminatında suçlanır.

Rusiyanın Argentinadakı səfiri Victor Koronelli və Rusiya federal təhlükəsizlik xidmətinin üç əməkdaşı Bullrich-ə bildiriblər ki, səfirliyə bitişik məktəbdə aşkarlanmış diplomatik yükdən şübhələnirlər. Ondan sonra təhqiqat başlanıb.

RUSİYAYA 389 KİLO UN GÖNDƏRİLİB

Yükün içində narkotik maddə olduğu təsdiqlənəndən sonra kriminalların tutulmasından ötrü plan hazırlanıb: kokain unla əvəzlənib, yükün içinə GPS yerləşdirilib.

Bu, indiyədək Argentinada aparılmış ən mürəkkəb və ekstravaqant narkotik əməliyyatlarından olub”, – Bullrich mətbuat konfransında deyib.

Gecə saat 3-də sərhəd polisindəki adamları Buenos Ayresin mərkəzi bazarına 389 kiloqram un almağa göndərməli olduq, çünki heç birinin anbarında bu qədər un yox idi. Narkotik Rusiyaya gedib çıxmadı, un göndərdik”, – nazir söyləyib.

Yük Rusiyaya 2017-ci ildə göndərilib. Bullrich-in sözlərinə görə, Argentina gömrükçülərindən üçü Rusiyaya gedib, Ishtimir Khudzhmov və Vladimir Kalmykovyükü götürmək istəyəndə saxlanıblar.

Bullrich-in “K” dediyi şübhəli narkotiki alıb və Argentinadakı səfirliyə təqdim edib. O, hələ də Almaniyada azadlıqdadır və barəsində beynəlxalq axtarış elan olunub.

Logistikanın səfirliyin keçmiş əməkdaşı Ali Abyanov tərəfindən koordinasiya olunduğu bildirilir, o, Moskvadakı mənzilində həbs olunub.

Rəsmilər müsadirə olunmuş narkotik maddənin Rusiyada küçə dəyərinin 61 milyon dollar olduğunu bildirir. (Azadliq.org)

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений