Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Şəhərdaxili avtobuslarda qiymət artımı olacaq? - BNA-dan açıqlama



Son günlər 175 nömrəli xətt üzrə hərəkət edən avtobuslarda qiymət artımı məsələsi müzakirə predmetinə çevrilib. Ötən gün yaranan anlaşılmazlığa aydınlıq gətirlib, bildirilib ki, “BakuBus”-a verilən 175 nömrəli xətt üzrə hərəkət edən avtobuslarda qiymətlər artırılmayıb. 

Ümumiyyətlə, maraqlıdır, ilin birinci yarısında avtobuslarda gediş haqqı qiyməti artırıla bilərmi? Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən bununla əlaqədar, Tarif Şurasına müraciət edilibmi?

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Cebhe.info-ya açıqlamasında bu haqda danışıb. O bildirib ki, son günlər jurnalistlər tərəfindən dəfələrlə bu mövzuda müraciətlər olsa da, qiymət artımı müzakirə mövzusu deyil: “BNA tərəfindən Tarif Şurasına qiymət artımı ilə bağlı müraciət edilməyib. Bu məsələ BNA-da müzakirə mövzusu deyil”.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений