Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Şəhid plakatları gecə ikən söküldü: İcra hakimiyyəti müraciət gözləyir



Sumqayıt şəhərindən olan və aprel döyüşlərində qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə ucalan Əbdülməcid Axundov, Şülan Bayramov və Seymur Baxışovun adının əbədiləşdirilməsi üçün bir qrup vətənpərvər gənc tərəfindən hazırlanan və yaşadıqları küçənin girişində qoyulan plakatlar sökülüb. Şəhidlərə qarşı edilən bu hərəkət ictimaiyyət tərəfindən böyük etirazla qarşılanıb.

Plakatların kim tərəfindən söküldüyü dəqiq bilinməsə də, şəhid ailələri göstərişin Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul işçiləri tərəfindən verildiyini iddia edirlər.

Maraqlıdır, plakatlar kim tərəfindən götürülüb. Artıq hadisənin baş verməsindən bir neçə gün ötsə də, müqəssirlər tapılmayıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Cebhe.info-ya bu haqda məlumat verilib. Bildirilib ki, onlar bu məsələdən xəbərsizdir: 

“Bu məsələ araşdırılacaq. Hələlik bu plakatların kim tərəfindən götürülməsi ilə bağlı məlumat yoxdur. Hadisə gecə baş verib”.

İcra hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı qanunvericiliyə müvafiq olaraq, icra hakimiyyəti tərəfindən müəyyən tədbirlər görülür. Qeyd olunub ki, sakinlər tərəfindən müraciət daxil olarsa, yeni plakatlar qoyula bilər.  

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений