Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Səhiyyə Nazirliyi beynəlxalq səhiyyə təşkilatlarını "təcili müdaxilə"yə çağırdı



Blokadada olan Qəzzada İsrailin hücumlarında yaralananların sayı günbəgün artır. Bu səbəbdən tibbi təchizat və dərman çatışmazlığı yaşanır.

Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Əczaçılıq İdarəsinin Baş direktoru Münir Əl-Berş Qəzzada yaralananların sayının artması səbəbindən tibbi ləvazimatların olmadığından şikayət edib:

"Hazırda ən vacib dərmanların tamamilə bitməsi kimi çox böyük bir təhlükə ilə üz-üzəyik”.

Qəzzada səhiyyə sisteminin qurtarılmasının lazım olduğunu vurğulayan Berş, bütün beynəlxalq səhiyyə təşkilatlarını "təcili müdaxilə"yə çağırıb.

Qeyd edək ki, martın 30-dan etibarən Qəzza zolağında davam edən hərbi müdaxilələr zamanı İsrail əsgərlərinin şəhid etdiyi fələstinlilərin sayı 39-a yüksəlib. Bu günə qədər nümayişlərdə 3500-dən çox fələstinli yaralanıb.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений