Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Şəmkir" yenidən dağılır?



Son illər ərzində bir neçə dəfə dağılıb yenidən bərpa olunan "Şəmkir"də işlər yenə qaydasında getmir.

Rekord.az-a daxil olan məlumata görə, "Region Liqası" öncəsi yığılan heyət dağılır.

Səbəb pulsuzluqdur. Düzdür, "Region Liqası" həvəskar liqa sayıldığından burada oynayan əksər komandalarda maaş söhbəti yoxdur. Lakin "Şəmkir"də vəziyyət fərqli idi. Burada komanda bərpa olunanda icra başçısı səviyyəsində hər şeyin yaxşı olacağına dair söz verilmişdi. Hətta Türkiyədən məşqçi də dəvət olunmuşdu. Lakin zaman keçdikcə məlum oldu ki, durum deyildiyi kimi deyil. Məsələn, bu yaxınlarda futbolçulara deyilib ki, yaya kimi pul olmayacaq və hər kəs havayı oynamalıdır. yaydan sonra isə vəziyyət yaxşı olacaq. Bunu eşidən aparıcı və yaşlı futbolçular komandanı tərk edib. Görünən budur ki, fasilə müddətdində yenidən komanda yığılmalıdır ki, bu komandanın üzvləri də böyük ehtimalla yeniyetmə futbolçulardan ibarət olacaq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений