Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sənətçilər arasında 80 min manatlıq qalmaqal: "Elə deyirlər ki, məhkəmə-məhkəmə..."



Müğənni Samir Piriyevlə şoumen Kamran Həsənli arasındakı 80 min manat qalmaqalı ətrafındakı gərginlik səngiyib. 

Cebhe.info xatırladır ki, S.Piriyev K.Həsənliyə 2008-ci ildə 115 min manat verib. Kamran Həsənli bildirib ki, bu pulla Türkiyədə biznes quracaq və biznesi bacısı Gülər Həsənli idarə ediləcək. 

Sonradan isə onların işbirliyi pozulub və Kamran Həsənli Samir Piriyevə olan borcunun müəyyən hissəsini qaytarıb. Yerdə qalan borcu isə 80 min manat təşkil edib.

Samir Priyev bu məsələ ilə bağlı mətbuat konfransı keçirərək, qarşı tərəfi dələduzluqda ittiham etməklə yanaşı, həm də məhkəməyə verəcəyini demişdi.

Kamran Həsənli isə bizimlə söhbətində Samir Piriyevin onu məhkəməyə vermədiyini bildirib:

“Əvvəldən bu məsələni mətbuatda yanlış yaydılar. Heç vaxt məhkəmə prosesi olmayıb. Elə deyirlər ki, məhkəmə-məhkəmə... Hər dəfə də başa salıram ki, məhkəmə-filan yoxdur. Bu söhbətin özəyi mən və qarşı tərəf, biz başa sala bilmirik ki, belə bir proses yoxdur. Bu işdə məhkəmə yoxdur, 2,5 ildir boş-boş danışılır, ortalıqda heç nə yoxdur. O da dilinə məhkəmə sözünü gətirməyib. Bu illər ərzində bütün sözlər deyilib. Heç kim-heç kimə borclu deyil. Ortalıqda məhkəmə də yoxdur”.

Aytən
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений