Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sergey və Yuliya Skripalı zəhərləyən tapılıb: İzlər Putinə aparır



Böyük Britaniya Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki  Sergey Skripal və qızı Yuliyanın zəhərlənərək öldürülməsini təşkil edən şəxsi tapıb.

Cebhe.info-nun məlumatına görə, Solsberi şəhərində Skripalllara zəhər verən şəxsin kimliyi tam müəyyənləşməsə də, qətlin sifarişçisi artıq bəllidir.  Bu barədə ABŞ-ın “The American Conservative” nəşri açıqlama yayıb. Adıçəkilən mənbə bildirib ki, Böyük Britaniyanın xarici işlər naziri Boris Conson artıq bu cinayətin kim tərəfindən sifariş verildiyinə dair məlumata malik olduğunu  deyib: “Biz Rusiya prezidenti Vladimir Putinə aid bu qərardan  Birləşmiş Krallıq küçələrində  bir agentin istifadə etdiyinə şübhə olmadığını düşünürük" deyib. 
Putinin mətbuat katibi Dmitri Peskov bu ittihamlara cavab olaraq"Bu bağışlanmazdır" deyə vurğulayıb.

Putinin isə Boris Consonun açıqlamasına münasibəti  belə olub: "Bu, tamamilə yalandır, uydurmadır, nonsensdir. Kiminsə prezident seçkiləri və Rusiyada futbol üzrə dünya çempionatı ərəfəsində  bu cür çıxışlara imkan yaratdı! Bu, sadəcə olaraq ağlasığmazdır!" 

Hətta Vladimir Putin bildirib ki, Rusiya təhqiqat keçirilməsində öz köməyini təklif edir. 

Buna baxmayaraq, "Biz ruslara alternativ bir fərziyyə hazırlamaq üçün hər fürsəti verdik, ancaq bunu etmədilər. Əslində, bizdə sübut var ki, Rusiya sinir iflici üçün zəhərli  “Noviçka” maddəsini yalnız çatdırmır, həm də onu hazırlayır və ehtiyatlarına malikdir", - deyə nazir Conson israr edib.

Amerika mediası Skripalın zəhərlənməsində Rusiyanın bütün şübhələrin Rusiyanın üzərinə yönəltməsinin səbəbini onun kəşfiyyat fəaliyyəti ilə izah edir. “Noviçka”nı rus hərbçiləri hazırlayıb. Sergey Skripal isə kimyəvi silah hesab olunan həmin maddənin sirrini Britaniyanın “Mİ-6” kəşfiyyat orqanına açıb. Eyni zamanda, “The American Conservative” qeyd edir ki, sözügedən qətldə Rusiyanı ittiham etməyin əsası yoxdur: “Skripal 2006-cı ildə vətənə xəyanətə görə məhkum edilib və dörd il həbs cəzası çəkib. Bundan sonra onu 2010-ci ildə ABŞ-da tutulan  Rusiya casusları ilə dəyişdiriblər. Əgər Putin  Skripalın ölümünü bütün potensial xainlərə bir dərs kimi vermək istəsəydi, niyə Rusiya  həbsxanasında olarkən məhv etmədi? Nə üçün Skripalın İngiltərədə 8 il sürgün həyatı yaşamasını gözləməli idi? Britaniya torpaqlarında bu cinayət Rusiyanın maraqlarını nə dərəcədə cavab verir? Putin axmaq deyil. O, bir kəşfiyyatçı veteran olaraq bilir ki, Mərkəzi Kəşfiyyat İdarəsi və “Mİ-6” kimi rəqiblər casuslarını Kreml öldürsə də, Rusiya ilə dəyişdirməyəcək. Sözsüz ki, belə olan halda bu, nə Rusiya, nə Kreml, nə də Putin üçün əlverişlidir”,-mənbə belə yazıb. 

Ancaq Britaniyanın müdafiə naziri Hevin Uilyamson rəsmi Moskvaya qarşı sərt ittihamlar səsləndirib. "Rusiya beynəlxalq qaydalar kodunu pozdu" deyərək qəzəblənən nazirin “Moskvanın  öz diplomatlarının ölkədən xaric edilməsinə münasibəti necə olacaq”? sualına “Rusiyadan uzaqlaşmaq və onu  küncə tıxamaq lazımdır” cavabını verib. 

Müşfiq Abdulla 
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений