Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Seriallardan ailə institutuna təhlükə



Seriallar evdar qadınların gündəlik həyatlarının ayrılmaz hissəsidir. Əvvəllər telekanallarda yalnız bir-iki teleserial nümayiş olunardısa, son zamanlar bu rəqəm artıb. Müxtəlif beyinlərin məhsualları olan bu cür ekran əsərləri daha çox zərərli vərdişlər aşılayır. Vərdişlər dedikdə daha çox intihar, boşanma, ailədaxili konflikt, zorakılıq, əxlaqsızlıq amillərini bu qəbilə daxil edə bilərik. 

Azərbaycan ailələri də serial izləməyi çox sevir. Demək olar ki, əhalinin 70 faizi bütün günü ekran önündə əyləşərək başqasının həyatını izləyir. Nə baş verəcək, onu maraq edir. Əlbəttə, bir çox psixoloqlar da vurğulayır ki, seriallara baxanların böyük əksrəiyyəti daha çox başqasının həyatı ilə maraqlananlardır. Öz həyatından daha çox qonşusunun evində baş verən hadisələrə maraqlı olan azərbaycanlıların daha çox izlədiyi seriallar sırasında ailə-məişət mövzusunda çəkilən, bəsit, heç bir sujet xətti olmayan hind serialları üstünlük təşkil edir. Bu ənənə son bir neçə ildə formalaşıb. İllər öncə Braziliya seriallarının təsiri ilə böyüyən uşaqlar zaman keçdikcə türk seriallarına maraq göstərdi. Hazırda, estafet hind seriallarına verilib. 

Türkiyə istehsalı olan, ailə-məişət mövzusunda çəkilən seriallar daha çox əxlaqsızlığı, zorakılığı, ailədə hörmətsizliyi, qadın hüquqlarının tanınmamasını təbliğ edib. Hətta, kişinin qadınına onun doğma bacısı ilə xəyanətini də görmək olar. Əlbəttə, bu ölkənin istehsalçısı olan tarixi seriallar istisnadır. Tamaşaçı kütləsi cəlb etmək üçün rejissor müəyyən mənada olsa da, bu cür seriallarda ailə-məişət motivinə yer ayırır. 

Bu tip zərərli seriallar yetişməkdə olan nəslimizin inkişafına mənfi təsir edir. Seriallar da bir növ “Verter sindromu”dur. Yəni, nümayiş olunan kadrlar kütlələrin beyninə hifz olunur. Bu da onun nəticəsidir ki, bu gün Azərbaycanda 12-13 yaşlı oğlan uşaqları Polad Alemdarı özlərinə kumir seçir, onun kimi davranmağa çalışır.

Seriallar xüsusən də, qadın-kişi münasibətlərində zərərli təsirə malikdir. Psixoloq Elnur Rüstəmov Cebhe.info-ya açıqlamasında serialların qadınlara təsirindən danışıb: 

“Serialların böyük əksəriyyəti ailə münaqişələri, kriminallardan bəhs edir. Müxtəlif motivli seriallar çəkilir. Öncələr belə bir fikir vardı ki, daha çox qadınlar seriallara baxır. Lakin artıq vəziyyət dəyişib. Bu gün Azərbaycanda serial izləyənlərin bir qismi qadınlardısa, digər qismi də elə kişilərdir”.

E.Rüstəmovun sözlərinə görə yayımlanan serialların konsepsiyası ailə münasibətlərini qorumağa deyil, dağıtmağa yönəlib: 

“Sujet xətti birbaşa da olmasa, dolayısı ilə ailələrin dağılmasına, münasibətlərin pozulmasına heablanıb. Öncələr Braziliya, Meksika serialları efirlərimizə ayaq açdı. Əvvəllər bu seriallara baxarkən milli mentalitetimizi qoruyurduq. Deyirdik ki, ora Braziliyadır, Azərbaycanda belə bir şey olmaz. Artıq türk seriallarına baxanda fikirləşirlər ki, gördükləri Azərbaycanda da ola bilər. Yaxşı olardı ki, bu cür seriallar ailə münasibətlərinin möhkəmlənməsinə köklənib. Artıq belə serialların yaratdığı fəsadlar ortadadır”.

Nigar Məhərrəm
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений