Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Şərqi Çin dənizində yanan tankerin heyət üzvləri ölüb



Yanvarın 6-da Şərqi Çin dənizində Honkonqa məxsus yük tankeri ilə toqquşan neft tankerinin heyət üzvlərinin hamısı ölüb.

APA-nın məlumatına görə, bu barədə "Press TV"  İran Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, yanvarın 6-da axşam İran şirkətinə məxsus olan və Panama bayrağı altında üzən SANCHI tankeri Honkonqa məxsus CF CRYSTAL yük gəmisi ilə toqquşub. Yük gəmisinin göyərtəsində olan 21 nəfər xilas edilib. Tankerin göyərtəsində isə 30 İran və 2 Banqladeş vətəndaşı olub. Tankerdə 136 min ton qaz kondensatı olub. Ötən həftənin cümə axşamı Çin Nəqliyyat Nazirliyi tankerdə partlayış və yanğın baş verdiyini açıqlayıb. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений