Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Səudiyyədə istefa verib Livanda geri götürən nazir: “Kürəyimdən bıçaqlandım”



Səudiyyə Ərəbistanında istefasını açıqlayan, ancaq ölkəsinə qayıtdıqdan sonra istefasını geri çəkən Livan baş naziri Həriri "Kürəyimdən bıçaqlandım, ancaq heç kəsə nifrət etmirəm",- deyib.

Cebhe.info xəbər verir ki, Saad Həriri onu evində ziyarət edən partiya təmsilçilərinə Trampın Qüds qərarını qəbul etmədiklərini bildirib.

Kürəyindən bıçaqlandığını, ancaq heç kimə nifrət etmədiyini deyən nazir "Bizim şəxsi və ya ailəvi mənafeyimiz yoxdur. Bizim bütün diqqətimiz Livana yönəlib. Keçmişdə çox çətinliklər çəkib, hələ də çəkməyə davam edir. Ancaq Beyrut öz qətiyyətli duruşunu dəyişdirməyib. Yaxın zamanlarda keçiriləcək parlament seçkiləri çox önəmlidir. Bu səbəblə Rafiq Həririnin yürüşünü tamamlamaq və ölkəni inkişaf etdirmək üçün bir komanda olaraq çalışmaq məcburiyyətindəyik",- deyə vurğulayıb.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений