Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sevdiyi qadınlara işgəncə verən dahi: 13 yaşlı qızla sona doğru...



Yaşadığı dönəmdə insanların nifrət etdiyi, diksindiyi, iyrəndiyi, həyatını dəlixanalar və həbsxanalarda çürüdən, lakin o dönəmlərdə yazdığı əsərləri heç kəs tərəfindən oxunmayan dahi yazar idi. Bəlkə də yaşayarkən Markiz de Sada qarşı yönəlmiş qəzəb elə dönəmin savadsız cəmiyyətinin öz axmaqlığından qaynaqlanırdı. Elə yazarı sadizmə istiqamətləndirən həqiqət bu olmalıydı: onu mühasirəyə almış “idiotlar”, mənasız kütlə...

Əlbəttə, Markiz de Sad insanların ruhlarındakı pislikləri çılpaqlığıyla açıb göstərdiyi üçün cəmiyyətdən kənara itələnirdi. Dönəmin şərtlərini də nəzərə alsaq, de Sadın fəlsəfi və bədii dünyagörüşünün əsrlər sonra qəbul edilməsi qeyri-adi hal deyildi. O, dövründən çox əsrlər sonranı görürdü. Markiz de Sadın bütün bu dünyagörüşünü özündə birləşdirən əsəri “Səmimiyyətlə şallaqlanan qadınlar” romanıdır. Bu, xeyir-şər davasının ortaya çıxardığı bütün dəyərlərə qarşı çıxan düşüncələrin, yaxud ittihamların ümumi məcmusudur. Dinin arxasında gizlənən ruhanilərin etdiyi pisliklərə baxmayaraq, cəmiyyətin belə adamların arxasıyla getməsi, toplum daxilindəki bərabərsizliyin insanları siyasi rejimin özünəməxsus, vəhşi qaydalarının kölələrinə çevirməsi və pis insanların həmişə qalib gəlməsi, hətta yaxşı əməllərin də pisliklərlə “mükafatlandırılması” oxucu ilə yanaşı, əsərdən də göründüyü kimi, Markiz de Sadın özünü də dəhşətə gətirir. Bu, həm də de Saddan əvvəl və özündən sonra da mövcud olan insanların əslində daxillərindən necə ikiüzlü varlıqlar olduğunu detallı formada izah edən romandır. O, izah etməyə çalışır ki, hər şey məhv olanadək dünya bu ikiüzlü canlılarda xilas ola bilməyəcək. Yəni, Markiz de Sad nə əxlaqsız idi, nə manyak, nə seks düşkünü, nə də dəli. Əlbəttə, onu dəli göstərən həddən artıq normallığı idi.

Bir “dəli”nin səmimiyyətlə “şallaqladığı” həqiqətlər

Sadizmin banisi, fransız fəlsəfə yazarı Markiz de Sad həyatı boyunca bu anlayışı təkcə hərəkət və davranışları ilə sınaqdan keçirməmişdi, o, həm də bu məsələnin fəlsəfi qatına enərək sadizmə öz adını vermiş maraqlı bir insan olub.Halbuki insanlara qarşı sadist olan de Sad aristokrat ailənin üzvü idi - mədəni çevrədə yetişmişdi, təhsil almışdı. Uşaqlıq və gənclik illərində hərbi təhsil və təlimlərdən keçmişdi. “İnsanların ən təbii halı müharibədir”, deyərək müharibəyə qarşı qəti mövqeyini müəyyənləşdirir. Halbuki uşaqlıq və gənclik illərində hərbi təhsil almasına baxmayaraq, kifayət qədər yumşaq və humanist insan olub. Sevgiyə önəm verirdi. 1753-cü ildə - müharibədən qayıtdıqdan sonra zəngin dövlət adamının qızına aşiq olur. Lakin qızın atası əvvəlcə böyük bacının evlənməsinin lazım olduğunu deyərək, de Sadla kiçik qızının münasibətinə qarşı çıxır.

Markiz (Marquis) onun əsl adı deyil, bu, onun əsilzadə ailədən gəldiyini bildirən təxəllüsüdür. Əsl adı Qaspard Fransuadır. O, öz iləsində bu adı daşıyan yeganə üzv idi. Lakin Markiz de Sadın pis şöhrəti adından daha sürətlə yayılırdı. Yazarın “əxlaqsız” və qalmaqallı bir həyatının olduğunu hər kəs bilir, özü də bunu gizlətməmişdi. Təkcə yatdığı fahişələrə qarşı yox, əmri altında işləyən qadın və kişi xidmətçilərə də sadist hərəkətlər edirdi. O, əsl zalım idi.

İlk zorlama hadisəsi

Markiz de Sadın ən böyük və ilk biabırçı hərəkətlərindən biri Roz Keller adlı qadın qulluqçunu özünə “cinsi xidmət” göstərməyə məcbur etməsi olub. Qadını zor gücünə qəsrdəki otağına salır və onu zorlamağa başlayır. Lakin qadın özünü ikinci mərtəbədən aşağı ataraq, de Sadı ələ verir. Amma de Sadın araya girən qayınanası kralın möhürü olan bir sənədlə kürəkənini həbsxanadan xilas edir. Bundan sonra Markiz de Sad Parisə köçür və buradakı fahişələrə dadanır.Fahişələrə qarşı sadist davranan yazardan tez-tez polisə şikayətlər edilirdi.Axırda Parisdən getmək məcburiyyətində qalır.Lakin başına bəla açan əməlləri hara getməsindən asılı olmayaraq, onunla birlikdə gedirdilər.

Həyat yoldaşının bacısı ilə İtaliya yollarında

1772-cü ildə kişi xidmətçisi Laturla arasında baş verən olay yenidən de Sadın başını bəlaya soxur. O, Laturu afrodizyak adlanan zəhərli tozla zəhərləyir və onunla cinsi əlaqədə olur. İş məhkəməyədək uzanır və edam cəzasına məhkum edilir. Lakin həbsxanadan qaçaraq həyat yoldaşının bacısını yoldan çıxarıb İtaliyaya qaçmağı bacaran Markiz de Sad bununla yeganə dəstəkçisi olan qayınanasını da özünə qarşı qaldırır.Qayınana bu dəfə kralın möhürü olan sənədi de Sadı həbs etdirmək üçün istifadə edir.Beləliklə, həmin ilin axırlarında həbs edilir, lakin dörd aydan sonra yenidən həbsxanadan qaçmağı bacarır və həyat yoldaşının yanında gizlənərək onu da işlədiyi cinayətlərin ortağına çevirir.

Həyat yoldaşı ilə birlikdə gizləndikləri qalada işləyən kişi və qadın qulluqçulara cinsi təcavüzlər edirdi. O, yenidən qalmaqallardan qaçmağın yolunu İtaliyaya qayıtmaqda axtarır. Dörd il İtaliyada qaldıqdan sonra qalaya qayıdır. Yenə də qaladakı qulluçu qızları zorlayır, işgəncələr verirdi. Xidmətçi qızlardan biri yazarın özünə və iş yoldaşlarına qarşı manyak hərəkətlərinə dözmür və onu öldürmək qərarı verir. Gecə vaxtı Markiz de Sadın silahını oğurlayır və gizlicə otağına girir.Lakin şans bu dəfə də yazarın üzünə gülür. Silahda güllə yox idi və de Sad sağ qalır.

Həbsxanadan dispanserə

Hadisədən bir il sonra - 1778-ci ildə Parisə gəlir. Lakin burada həbs edilir və edam cəzasına məhkum edilir. Lakin o, bu dəfə də həbsxanadan qaça bilsə də tezliklə həbs edilir.Artıq Markiz de Sad üçün uzun həbsxana illəri başlamışdı.Ömrünün 29 ilini həbsxanalarda keçirir.Bu illərdə düşüncələri və fantaziyaları haqqında əsərlər, məqalələr yazmışdı. Həbs edilməsindən bir il sonra - 1789-cu ildə bir yol taparaq həbsxananın hündür pəncərəsinə qalxır və başını çölə çıxararaq qışqırır: “Burada məhbusları öldürürlər”.

Həbsxana yetkililəri və həkimlər Markiz de Sadın ağlının yerində olmadığı qənaətinə gəlirlər və onu dəlixanaya göndərmək barədə qərar qəbul edirlər.Dispanserə göndərilir.Bu əsnada şah əsəri sayılan “Sodomun 120 günü”nün ilkin əlyazmalarını itirir, lakin dispanserə yerləşdikdən sonra əsəri yenidən yazmağa başlayır.

13 yaşlı qızla sona doğru

Fransa inqilabından sonra (1789-cu il) digər məhkumlar kimi Markiz de Sad da azadlığa buraxılır və həyat yoldaşından boşanır. Həyatına keçmiş aktrisa ilə davam etmək qərarı verir.Lakin 1803-cü ildə ailəsinin də rəyi ilə yazarın dəli olduğu elan edilir və Şarenton adlı dispanserə göndərilir. Markiz de Sadın həyatının 13 ili dispanserlərdə keçib. Lakin 1813-cü ildə dövlətin qərarı ilə Şarentonun fəaliyyəti dayandırılır. De Sad dispanserdən gedir və burada tanış olduğu 13 yaşlı bir qızla yeni macəralara başlayır. Bu manyak macəra dörd il davam edir və son anda Markiz de Sad ölür. Ölümündən sonra yarımçıq qalmış bütün əlyazmaları oğlu tərəfindən yandırılır.Bəlkə də bununla Markiz de Sadın günümüzə qədər gəlib çatmış əsər və düşüncələrindən də üstün fantaziyaları kül olub yoxa çıxır.

Həqiqətlərə baxılan başqa yol

Kiçik yaşında dini, sonrakı illərdə hərbi məktəbə gedir.Hərbi məktəbdə aldığı sərt təlimlər və ailəsinin onu basmaqəlib əxlaq çərçivəsində yetişdirmək cəhdləri dönəmin mövcud həqiqətlərinə qarşı Markiz de Sadın inqilabçı xarakterini formalaşdırırdı.Ailəsinin gözləntiləri və çəkdiyi çərçivə içində hərəkət edib valideynlərinin məsləhət gördüyü qadınla evlənsə də o, həqiqətlərə tamam başqa yoldan yaxınlaşmaq sənətini inkişaf etdirirdi.Əlbəttə, de Sadın dönəmin dəyərlərinə əks olan dünyagörüşü sonradan ona “dəli” damğasının vurulmasında mühüm rol oynamışdı.Lakin etirazların qarşısına keçmək cəsarətini tapan kimi Markiz de Sad gözlənilmədən dəyişir.Həyatın sonunadək tez-tez həbs edilir, dispanserlərə göndərilir.İttiham da bu olur ki, o, qadınlara qarşı sadist hərəkətlər edir, bütün gecələri eyş-işrət məslislərində olur.İrəli sürülmüş iddialardan belə məlum olur ki, de Sadın yataq otağında hər gecə fahişələr, zorakılığa məruz qalmış xidmətçilər, pul qarşılığında seksə məcbur edilmiş dilənçilər olurdu. O, otağına gələnləri şiddət, zorakılıq, qan, qışqırtılar və təhqirlərə “qonaq” edirmiş. Hər gecə yazarın yaşadığı qəsrin yerləşdiyi küçədə onun yataq otağından zorla qaçıb canını qurtarmış qadınlara rast gəlmək olurdu.

Heç kəs inanmırdı, amma bilirdilər ki...

Markiz de Sadın cinsi həzlərinin içində dini simvolların yeri əvəzedilməz idi. O, seksi dini ayin kimi qəbul edirdi. Xaçlar, dini kitablar, “İncil”, İsa peyğəmbər və Məryəmin kiçik heykəlləri de Sadın ən sevimli seks aksessuarları arasında yer alırdılar.Dəfələrlə bunlara görə həbs edilsə də, öldürülmək təhlükəsi qarşısında qalsa da Markiz de Sad sakitləşmək bilmirdi.Hər həbsxanadan çıxdıqdan bir müddətə qədər özünü cilovlasa da bu, çox çəkmirdi.İnqilabdan sonra yeni siyasi rejim onu azad edir və həmin ərəfədə o, “ağıllanmış” kimi görünürdü.Bu illərdə “Justine” adlı əsərini yazır.Lakin həbs edilmək təhlükəsi olduğu üçün kitabın müəllifi olduğunu inkar edir.Amma heç kəs ona inanmırdı.Hamı bilirdi ki, bu fikirləri de Saddan başqa heç kəs yazmaz.Napoleon hakimiyyətə gəldiyi dövrdə o, üzərində əlyazmalarıyla saxlanılır və buna görə həbs edilir.Bu, onun sonuncu həbsi olur.1814-cü ildə 74 yaşında bir həbsxananın saxlama kamerasında ölür.

Nifrət edilən dəyərlərin cədvəli

Nə qədər sadist, şəhvət düşkünü və manyak kimi tanınsa da dünyagörüşü və əsərləri - yazmaq Markiz de Sada tamam fərqli xarakter qazandırıb. Ölümündən əsrlər sonra adı ən ciddi fəlsəfə adamlarının siyahısında yazılanda - əsərləri qəbul ediləndə anlaşıldı ki, Markiz de Sad yox, ona “dəli” damğasını vuran dönəmin insanları normal deyillərmiş. Yaşadığı dönəmdə kütlədən uzaq qaçması və cəmiyyətin ənənəvi əxlaq dəyərlərindən necə diksindiyi bu əsərlərindən də məlum olur. O, cahil kütləyə qarşı başladığı mübarizədə özününün müttəfiqi kimi yalnız təbiəti qəbul etmişdi. Təbiətdən başqa heç kəsə güvənmirdi.Bu gün də Markiz de Sadın yazılarının alt qatına düşmək istəməyən oxucular üçün onun əsərləri yalnız “pornoqrafiya cədvəli” və seks məclisləridir. Əslində isə de Sad nifrət etdiyi hər şeyi bu cədvəlin içinə soxub yox etməyə çalışır. 

Dialoqlardan ibarət “Yataq otağının fəlsəfəsi” kitabında İgen adlı təcrübəsiz qıza seks haqqında verdiyi dərslərdən yazır. Bəkarətin hər kəs tərəfindən əxlaqın sübutu kimi qəbul edildiyi bir dünyada Sad öz obrazına bunun tamamilə əksini sübut etməyə çalışır. Şəhvət hisslərini cilovlamaq Markid de Sada görə təbiətə söyməkdir. “Yataq otağında fəlsəfə”ni “inanclı pozğunlar”a itihaf edir və bu haqda belə yazır: “Xüsusilə, yaş və cinsiyyətindən asılı olmayaraq şəhvətpərəst olanlar, bu kitabı sizə ithaf edirəm. Bu kitabdakı qaydalarla bəslənin, sizin hisslərinizin dəstəkçiləri bunlardır.Sevilməyən, hissiyyatsız, xaraktersiz və yaltaq əxlaqlıların sizi qorxutduqları bu hisslər, təbiətin insanı çatdırmağa çalışdığı yerə apardığı vasitədən başqa bir şey deyil.Dadından doyulmayan bu hisslərdən başqa heç kəsə qulaq asmayın. Xəyali bir səmimiyyət və diksindirici bir dinin təhlükəli və axmaq ənənələri içində həbs edilən gənc qızlar: cəsur İgeni təqlid edin”.

Post-Sad dönəmi

Markiz de Sadın dünyagörüşü təkcə cinsi əxlaq anlayışına fərqli baxışı ilə məhdudlaşmır.Onun fikirləri XIX əsrin əvvəllərindən Avropada hegemon olan modernizmdə də çevriliş edir.Beləliklə, de Saddan sonra din gündəlik həyatın xaricində qalır.XX əsrin əvvəllərindən isə cinsi əxlaq anlayışında baş verən inqilabda da de Sadın dünyagörüşünün izləri vardı.Başqa sözlə, post-Sad dönəmində onun nifrət etdiyi bütün dəyərlər öz təsir güclərini itirərək yox oldular.Beləliklə o, keçmiş və gələcəyin ən böyük tabuqırıcı filosofu, ədəbiyyat adamı kimi adını tarixə yazdırır.

Başqa sözlə, Markiz de Sad düşüncələri buxovlayan ənənəvi əxlaq dəyərlərinin bədii ifadələrinə yer verib öz daxilinə çəkilib özünü məhv etmək əvəzinə, bu tabunu zorakılıqla dağıtmağa üstünlük verir: mazaxizm yerinə sadizm....

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений