Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Şikayətlər az olur: Vətəndaşlar səbr etməyə üstünlük verir



Bir gün qaz problemi yaşayırıq, səhəri gün su, digərlərində kanalizasiya, borc səbəbi ilə işıq kəsilir ..

Bakını kommunal problemlərsiz təsəvvür etmək çətindir. Bəs, bu kommunal xidmət sahələrindən hansından şikayətlər daha çox olur?

Azad İstehlakçılar Birliyinin sədr müavini Nüsrət Qasımlı Cebhe.info-ya açıqlaması zamanı bildirib ki, Birliyə bütün xidmət sahələri ilə  bağlı şikayətlər daxil olur: 

“Yağış yağan kimi evləri su basır. Gölməçələrin əmələ gəlməsi, maşınların hərəkətinə mane olması ilə bağlı birliyə şikayətlər gəlir. İşıqda gərginlik dəyişir, elektrik avadanlıqları yanır. Tüstü bacalarının təmizlənməməsi ilə mübarizə aparırıq. İndi bu məsələni Fövqaladə Hallar Nazirliyinə həvalə etdilər. Nazirlik tədbir görməlidir, mütəxəssislər ildə 1-2 dəfə bu bacaları yoxlamalıdırlar”.  

Birlik təmsilçisi qeyd edib ki, şikayətlər olsa da, onların sayı o qədər də çox olmur: 

“Bizim elə bir milli xüsusiyyətimiz var ki, hər şeylə razılaşırıq, səbr eləyirik. Vətəndaşlar öz haqlarını tələb etməyi bacarmırlar. Sahə rəisləri, sahə mühəndisləri, qəza xidmətləri var, onlara da müraciət etmirlər. Ya mətbuata, ya da bizə üz tuturlar”.

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений