Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Silahlı kürdlər Kərkükə doğru irəliləyir - GƏRGİNLİK



İraqın şimalında kürdlərin seperatçı referendumuna vaxt yaxınlaşdıqca gərginlik də artmaqdadır.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, şiə siyasətçi Məhəmməd el-Beyati Peşmərgə qüvvələrinin İraqın Kərkük bölgəsində və digər qonşu bölgələrdəki sayının artırıldığını bildirib.

İraqlı qüvvələrlə birlikdə döyüşən ən böyük şiə milis qrupu Bədr təşkilatının liderlərindən el-Beyati Ərbildən yola çıxan silahlı dəstələrin ərəb və türkmənlərin sıx olduğu Kərkük bölgəsindəki Dakuk qəsəbəsinə və Səlahəddin bölgəsindəki Tuzhurmatu şəhərinə doğru irəlilədiklərini bildirib.

Məhəmməd el-Beyatinin sözlərinə görə, sözügedən qüvvələr orada referendum keçirmək üçün deyil, ərəb və türkmənlərə təzyiq tətbiq etmək üçün  silah, tank və zirehli maşınlar istifadə edərək səsverməni məcburi hala gətirmək üçün göndərilib.

Məcid Həsənli
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений