Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Siracəddin Aslov azərbaycanlı səfirlə görüşdü



Azərbaycanın Tacikistana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə etimadnaməsinin surətini Tacikistanın xarici işlər naziri Siracəddin Aslova təqdim edib.

AzərTac xəbər verir ki, Siracəddin Aslov Həsən Məmmədzadəni səfir təyin olunması ilə bağlı təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə Tacikistan arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əlaqələrin indiki vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, beynəlxalq məsələlər müzakirə olunub.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений