Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Siyasi-ekspert: "Paşinyan qorxur ki, Ermənistanda vəziyyət qarışar"



Ermənistanda siyasi vəziyyət günü-gündən ağırlaşır. Bir çoxları ümidləri çevrilişlə hakimiyyətə gəlmiş Nikol Paşinyanda görsə də, onların bu arzuları fiaskoya uğradı. Hakimiyyətə gəlməzdən öncə kütləyə bir çox vədlər verən N. Paşinyan sonradan verdiyi sözləri sanki unutdu. Verdiyi vədlər arasında müxtəlif vaxtlarda həbs olunmuş siyasi və ictimai fəalların azad olunması da var idi. Lakin hazırda Ermənistan baş naziri fərqli siyasət yürüdür.

O, nəinki siyasi məhbusları azad etmir, hətta bu məsələdə ona hakimiyyətə gəlməkdə kömək etmiş ictimai fəallarla razılaşmır da. Ona görə də, hazırda Ermənistanda vaxtilə N.Paşinyanı hakimiyyətə gətirənlər arasında "iki cəbhəçilik" yaranıb. Paşinyanı hakimiyyətə gətirən qüvvələrdən bəziləri indi siyasi məhbusların azad olunması ilə bağlı etirazlar edir, küçələrdə mitinqlər keçirirlər. Ermənistan baş naziri isə onların azad olunub-olunmayacağını məhkəmə araşdırmalarından sonra bəlli olacağını açıqlayıb. Elə ölkədə yeni etirazlar da onun bu açıqlamasından sonra yenidən qızışıb. 

Məsələyə münasibət bildirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi-ekspert Elxan Şahinoğlu N.Paşinyanın bu cür siyasət yürütməsini onun qorxması ilə əlaqələndirir. Siyasi-ekspert hesab edir ki, N. Paşinyan siyasi məhbusları azad etsə, gələcəkdə özünə problem yaradacaq. Çünki vaxti ilə sabiq prezident Serj Sarkisyanı istəməyən qüvvələr N.Paşinyana qarşı birləşəcəklər: 

"Nikol Paşinyan heç bir problemi həll edə bilməyəcək. Sağa-sola vədlər verməklə deyil. İndi bu vədləri yerinə yetirmək zamanıdır. Ancaq heç bir resursu yoxdur. İki əsas qonşusu Azərbaycan və Türkiyə ilə düşmənçilik münasibətini davam etdirir. Belə vəziyyətdə problemi nə dərəcədə həll edəcək? Və indi də vəziyyəti nəzarətdə saxlaya bilmir".

Ekspertin fikrincə, özü kütlənin köməyi və yürüşlər vasitəsi ilə hakimiyyətə gəlmiş Paşinyan narahatdır ki, birdən bu üsuldan başqaları da istifadə edər. E.Şahinoğlu bildirdi ki, Ermənistanda vəziyyət o yerə çatıb ki, indi zavodda fəhlədə yürüşə çıxır, polis artıq aksiyaçıların, etiraz edənlərin qarşısını ala bilmir. Paşinyanın siyasi məhbusları Rusiyanın təsiri ilə azad etməməsi məsələsinə gəlincə ekspert bunu gülünc hesab edir: 

"Bu məsələdə Rusiyanın heç bir təsiri ola bilməz. Sadəcə özü də eyni üsülla hakimiyyətə gəldiyi üçün qorxur ki, Ermənistanda vəziyyət qarışar, ölkə anarxiya və xaosla üz-üzə qala bilər. Rusiya Paşinyana ancaq xarici siyasətdə və təhlükəsizlik məsələlərində təzyiq edə bilər. Ona görə də, Paşinyandan xarici və Dağlıq Qarabağla bağlı siyasətdə hələki fərqli nəsə gözləmək ağılsızlıq olar. Onun haqqında qərbpərəst deyirdilər, ilk səfərini Rusiyaya etdi. Putinə olan münasibətini göstərdi. Yeni bir hökumət formalaşsa da, bu hökumət nə edəcək, hansı islahatları aparacaq, bunlar hələ bəlli deyil". 

E.Murad 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений