Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Siyavuş Novruzov narazılıq etdi: "Maaşımız polis rəisi, yaxud prokurorunun maaşından azdır"



Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclis əməkaşlarının və deputatların əmək haqlarının yetərli olmadığını bildirib və artırılmasını təklif edib.

APA-nın məlumatına görə, S. Novruzov bu gün Milli Məcliskomitələrinin birgə iclasında gələn ilin büdcə müzakirələri zamanı bildirib ki, deputatların əmək haqqı hansısa bir rayonun polis rəisi və yaxud prokurorunun maaşından azdır.

S. Novruzov qeyd edib ki, Milli Məclisin büdcəsi heç bir rayonun büdcəsi qədər də heç deyil: “İstər beynəlxalq aləmdə bəzi dairələrə qarşı sinəsini qabağa verib vuruşan, ölkədə qaçanın da, qovanın da üstünə getdiyi ünvan Milli Məclisdir. Bundan başqa, bizim dostluq qrupları var ki, onlar heç olmasa, iki-üç ildən bir əməkdaşlıq etdiyi ölkələrə getməlidirlər. Bütün bunlar nəzərə alınmalıdır”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений