Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Son 5 ilin ən BÖYÜK itkisi: Yeni hökumətə BÖYÜK problem



“Türkiyədə seçkilərin başa çatması və hökumətin yeni idarəetmə sisteminə uyğun olaraq formalaşmasından sonra siyasi riskin azalmasına paralel olaraq TL və İstanbul birjasının dəyər qazanacağı, bazar faizinin isə düşəcəyi gözlənilirdi. Ancaq son bir həftə ərzində TL-nin 8 faizə qədər, Borsa İstanbulun 10 faizə qədər dəyər itirməsi və 2 illik borclanma maliyyətinin isə 20 faizin üzərinə yüksəldiyi müşahidə olunur”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Cəfər İbrahimli deyib.

Bunun səbəbləri nədir?

İqtisadçı bildirib ki, bank səhmlərində 2013-cü ildən sonra ən sərt dəyər itkisi müşahidə olundu:

“Yeni təyin olunan, xüsusi ilə iqtisadi bloka nəzarət edən Nazirlər Kabineti üzvlərinin iş dünyası gözləntilərindən fərqli olması; O cümlədən, yeni sərəncam və fərmanlarla Mərkəzi Bank və müavininin prezident tərəfindən təyin olunacağının dəqiqləşməsi; Həmçinin beynəlxalq reytinq təşkilatları tərəfindən ölkə reytinqinin təkrar düşürüləcəyi gözləntisi; Bundan əlavə, son açıqlanan ölkənin tədiyyə balansı göstəricilərinin daha da pisləşməsi; Eyni zamanda, FED və AMB-nın gözlənən faiz qərarları, "məzənnə və ticarət müharibələrinin" kimi qlobal risklərin yüksəlməsi inkişaf etməkdə olan iqtisadiyyatlar üzərində yaradacağı mənfi gözlənti; Ən nəhayət, Türkiyə MB-nın maliyyə bazarlarında baş verən trendlərə uyğun adekvat qərarların gecikməli alınması. Bütün bunlara rəğmən, biznes aləmi tərəfindən son dönəmdə ölkə iqtisadiyyatında əldə olunmuş yüksək böyümə imkanlarının davam edəcəyi və makroiqtisadi stabilliyin təmin olunacağı gözlənilir”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений