Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sosial mənzillərlə bağlı QALMAQAL: Narazılardan ərizələr alınıb



Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində güzəştli mənzillərin satışını keçirmişdi. Təəssüf ki, MİDA öz missiyasının öhdəsindən gələ bilmədi və sosial evlərin satışı ilə bağlı problemlər oldu, şikayətçilər toplaşdı. Görəsən, mənzil satışında əsas problemlər nə idi? Şikayətlər aradan qaldırıldımı?

Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Razi Abbasbəyli qeyd edib ki, ilkin proseslər şəffaf şəkildə keçirilmişdi:

“Vətəndaşların istər sənədlərinin toplanması, istərsə də “Asan Xidmət” mərkəzlərində daha çevik şəkildə qeydiyyata alınması kifayət qədər uğurlu keçirilmişdi. Təəssüf ki, nəticə uğurlu olmadı. Səbəb isə ondan ibarət idi ki, may ayının 7-si səhər saatlarında mənzil sahibi olmaq istəyənlərin müraciəti mümkünsüz qaldı. Agentlik bunu belə əsaslandırdı ki, sistemə giriş çox olduğu üçün sistem dayanıb. 

Sosial evlərin satışı saat 10:00-dan başladı, 11:00-a qədər isə bitdi. Bundan sonra deyildi ki, artıq 260 mənzil satılıb. Saat 11-dən sonra isə ümumiyyətlə sistem işləmədi. Nəticədə vətəndaşlar agentliyə müraciət etdilər. Məndə olan məlumata görə onların hər birindən narazıçılıqla bağlı ayrı-ayrılıqda ərizələr alınıb. Yəgin ki, alınan ərizələrə cavab veriləcək. 

Vətəndaşlar elektron imza ilə sistemə daxil olublar, bütün mərhələləri keçiblər, ancaq mənzil əldə etmək istəyərkən sistem imtina edib. Bu mənzillərin hansı şəraitdə satılması, alanların necə müraciət etməsi və digər məsələlərlə bağlı ortada kifayət qədər suallar var.

Ümumiyyətlə, bu məsələ biraz açıq suallar doğurur. Çünki əvvəldən olan yanaşma doğru deyildi. 260 mənzil satışa çıxarılırdısa, 10000-dən çox insan qeydiyyata alınmalı deyildi.  Mənzil almaq istəyən maksimum 260 vətəndaşın müraciəti qeydiyyata alınmalı, onlar mənzillə təmin olunmalı idilər”. 

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений