Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sosial şəbəkələrdə erməni təxribatı: Azərbaycanlı adı altında...



26 fevralda Xocalı şəhidlərinin növbəti, 26-cı ildönümü olacaq. 

Sosial şəbəkələrdə erməni vəhşiliyini göstərən bir çox yazılar, şəkillər paylaşılır. Ancaq bəzən görürük ki, bu istiqamətdə təxribatçı paylaşımlar da olur. Araşdırmaçı jurnalist, hüquq müdafiəçisi Azər Həsərət bu cür paylaşımlarla qarşı həssas və diqqətli olmağa çağırış edib. 

Cebhe.info xəbər verir ki, Azər Həsrət sosial şəbəkələrdə azərbaycanlı adı ilə minlərlə erməninin bu cür təxribatlara əl atdığını deyib:

“Dostlar, Xocalıya aid paylaşımlar edərkən diqqətli olun. Bəzən Xocalıya dəxli olmayan şəkilləri Xocalı adından paylaşanlara rast gəlinir. Belə bir davranış özümüzə qarşı çevriləcək. Çünki ermənilər bizim bu "yalan"ımızı rahat bir şəkildə faş edəcək. Ona görə də hər kəsin paylaşdığını siz də yoxlamadan paylaşmayın. Nəzərə alın ki, sosial mediada Azərbaycan ad-soyadlı xeyli erməni fəaliyyət göstərir. Bu da bizi çaşdırmaq məqsədi güdür. Xocalıyla bağlı paylaşımları, qeyd etdiyim kimi, güvənli mənbələrdən əldə edin ki, sonra pis durumda qalmayaq”. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений