Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Söyuş müxalifətini də söydürən Əli Kərimli: “Bağda ərik var idi…”



“Yurd” sədri Əli Kərimli bu dəfə də “söyüş maşınını” müxalifət təmsilçilərinə istiqamətləndirib. Zamanında eyni cəbhədə mübarizə aparan, hədəflərini bir nöqtəyə cəmləşdirən şəxslər indi qarşı tərəflərdə yer alıblar. Əli Kərimli indi də Emin Millini, Qurban Məmmədovu, Nahid Cəfərlini söydürür. Halbuki bir müddət öncə birlikdə söyüş şəbəkəsi qurmuşdular. Belə görünür ki, Əli Kərimli müxalifət imici formalaşan hər kəsi özünə potensial təhlükə hesab edir. Hazırda gedən prosesi analiz etdikdə, maraqlı məqamlar üzə çıxır. 

Bütün analizlərin nəticəsi isə Əli Kərimliyə çıxır. “Yurd” sədri zamanında da bu cür üsullardan istifadə edib. Müxtəlif cəbhələrdə yer alan, cəmiyyətdə müxalifətçi imici yaradan hər kəs zaman-zaman Kərimlinin hədəfinə tuş gəlib. Bu dəfə isə məqsəd eyni olsa da, prosesin gedişatı öncəkilərdən fərqlidir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri müavini Mehriban Sadıqova “Cümhuriyət” qəzetinə açıqlamasında Əli Kərimlinin potensialı olan hər kəsi özünə rəqib gördüyünü deyib: 

“Özünü lider kimi göstərən, əslində Qərbin qrantları hesabına xalqı aldadaraq funksioner obrazı yaradan Əli Kərimli indi də növbəti siyasətə-xaricdə yaşayan Emin Milli, Orduxan, Nahid Cəfərli söydürməyə başlayıb. Etiraf edim ki, bu sahədə böyük məktəb sahibi olan Əli Kərimli saxta profillər yaratmaq, ümumilikdə desək, sosial şəbəkə üzərindən iş qurmaqda çox bacarıqllıdır. Yuxarıda adlarını sadaladıqlarımız hərəkəti birmənalı düzgün deyil, amma "liderin" bu insanları əvvəl dəstəkləyib, sonradan onlara qarşı belə hərəkət etməsi maraqlıdır. Buradan gələn nəticə isə budur ki, Kərimli müxalifətçi imici formalaşdıran hər kəsi özünə rəqib görür. Bu isə gücsüzlük əlamətidir. Siyasət isə gücsüzləri bağışlamır. Əli Kərimli potensialı olan hər bir kəsə bu günkü bəzi məmurlar kimi öz yolları ilə cavab verir. Hakimiyyətin monarxiya siyasəti qurduğunu söyləyən Əli Kərimli, bəs niyə özünü monarxiyaçı müxalifət adlandırmır? Axı nə qədər müxalifətdə qalmaq olar? Heç nəyə gərək olmayan, yalnız öz mənafeyini güdən müxalifətin bu gün getməyə vaxtı çatmayıbmı?”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev məsələyə iki aspektdən yanaşıb. V.Qarayev deyib ki, Əli Kərimli özündən başqa müxalif gücün formalaşmasını istəmir: 

“Məşədi İbad demişkən, “Tarixi-Nadir”i oxumuşam, amma bu məsələdən bir şey anlamadım. Emin Millinin Cəmil Həsənlinin, Əli Kərimlini ittiham etməsi, Gültəkin Hacıbəylinin, Cəmil Həsənlinin ona cavab yazılarını analiz etməyə çalışdım. Görünən odur ki, bu məsələ hər iki tərəfə dəstək verən güclərin, daha doğrusu klanlar arasında gedən savaşın nəticəsi də ola bilər. Bu olayların məhz seçkilərdən sonra baş verməsi də diqqət çəkən məqamdır. Çünki, seçki ərəfəsində hər iki tərəf, ənənəvi müxalifət və mühacir müxalifəti belə demək mümkünsə “çəkici eyni yerə vururdular”, bir-birlərini müdafiə belə edirdilər. Özəlliklə ənənəvi müxalifətin Azərbaycandakı virtual tərəfdarları, eləcə də “fake” profillər mühacirət müxalifətinə yüksək dəstək verdi. Seçkidən həmin sonra isə qarşılıqlı ittihamlar başladı. Ola bilər hökumət formalaşmasında güclər arasında çıxan problemlər də rol oynayır burda. Yaxud, bunu Əli Kərimlinin eqosu kimi dəyərləndirənlər də var ki, Əli Kərimli özündən başqa müxalif gücün formalaşmasını istəmir. Çünki, söz-söhbətlər gəzirdi ki, məsələn, Orduxanın fərdi virtual fəaliyyəti Əli Kərimlinin, ümimiyyətlə, ənənəvi müxalifətin fəaliyyətini kölgədə qoyub. Mən dəqiq deyə bilmərəm nə baş verir. Sadəcə, onu deyə bilərəm ki, baş verənlər bu şəxslərə inananlar, güvənənlər, onların arxasınca gedənlər üçün xəyal qırıqlığıdır”. 

AXCP funksioneri həmçinin əlavə edib ki, hazırda Əli Kərimliyi dəstəkləyənlərin də ona qarşı mövqeyi dəyişib: 

“İndi kimə inanacaqlarına, kimə güvənəcəklərinə, kimin arxasınca gedəcəklərinə necə qərar verəcəklər? Və çox tragikomikdir ki, dünən mühacirətdəki müxalifətə kütləvi, can-başla dəstək verənlər, indi onları linç edirlər. Eləcə də mühacirətdə olanların dünənə kimi dəstəklədikləri Əli Kərimli, Cəmil Həsənliyə qarşı münasibətlərinin dəyişməsi. Amma bu siyasətdir, hər şey ola bilər, hər şey gözləniləndir. Nəticədə isə, bütün bunlar nə vətəndaşın, nə ölkə müxalifətinin, sadəcə, hakimiyyətin xeyrinə işləyir”.

Vilayət Muxtar








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений