Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

SSRİ-nin işgəncə düşərgələri: Qadınlar zorlanır, döyülür, əvəzində bir boşqab artıq yemək alırdılar - FOTO



QULAQ (ГУЛАГ)- Bu ifadəyə sovet ədəbiyyatında tez-tez rast gəlinib. Mənası Düşərgələrin Dövlət İdarəsi deməkdir və ötən əsrin 20-ci illərində peyda olub. İlk belə düşərgə Solovkidə yaradılıb və daha sonra bütün SSRİ-də yayılıb. Burda nəinki siyasi məhbusları, hətta cinayətdən mühakimə edilənləri saxlayırdılar.  Düşərgələr 60 illik mövcudluğu dönəmində milyonlarla insanı qəbul edib. 

Cebhe.info QULAQ-da qadınların həyatı barədə ilginc məlumatları təqdim edir. Bu yerlərdə qadınlar kişilərdən sayca az idi.  Orda saxlanan qadınlar əsasən “xalq düşmənləri”nin arvadları,qızları, ailə üzvləri idi. Bəziləri düşünür ki, QULAQ-da qadınlar kişilərdən nisbətən daha rahat yaşayıb. Ancaq burada qadınlar üçün ayrıca normativlər yox idi. Qadınlar kişilərlə eyni şəraitdə yaşayır, işləyir. Onlarla eyni ölçüdə yemək alırdılar.

Heç də bütün düşərgələrdə qadın və kişilər ayrılıqda saxlanmırdı. Qarışıq düşərgələrdə zorlanma hadisələri tez-tez baş verirdi. Bəzi qadınlar qrup halında zorakılıqla üzləşirdilər. Zorlayanlar isə siyasi yox, cinayət məhbusları idi. Bəzən hətta düşərgə rəhbərliyi də qadınlara qarşı eyni cür davranırdı. Bunun müqabilində isə qadınlara daha dadlı yemək, həm də  müəyyən qədər çox verilirdi. 

Bəzi qadınlar düşərgədə uşaq dünyaya gətirirdilər. Bəziləri düşünürdülər ki, hamiləlik zamanı və ya doğuşdan sonra onlara qarşı müəyyən güzəştlər olacaq. Ancaq bu xəyal idi. Uşaq dünyaya gətirən qadınların yeganə üstünlüyü uşağa süd vermək üçün gündə 3 dəfə ayrılan qısamüddətli icazələr idi. 

Düşərgədə saxlanılan Hava Voloviç  xatirələrində bildirirdi: “Biz 3 ana idi. Bizə barakda balaca bir otaq vermişdilər. Səhərlər işə gedirdik və uşağa yemək verməyi qoca bir qadına həvalə etmişdik. Gecəni səhərə qədər uşağın yanında qalırdım ki, divarlarda gəzişən böcəklərdən onu qoruya bilim. Allah mənim dualarımı eşitdi. Daha sonra bizi analar düşərgəsinə göndərdilər. Orda dayələr üçün uşaqlar heç bir əhəmiyyət daşımırdı. Orda uşaqlara işgəncə verir, buzlu su ilə yuyundurur, döyürdülər. 17 uşağa bir dayə düşürdü. Dayə onları yedirməli, yumalı, geyindirməli, palatanı təmiz saxlamalı idilər. Dayə isə uşağın əllərini dəsmalla arxadan başlayır, qaşıqla isti kaşanı ağzına tökür, udmağa d aimkan vermirdi”. 

Qadınların QULAQ-dakı həyatından bəhs edən bir sıra kitablar yazılıb. Onlar arasında özləri də düşərgə həyatı yaşayan Hava Voloviç,  Yevgeniya Hinzburq, Nina Qaqe Torn, Tamapa Petkeçiv və başqaları var. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений