Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Strategiyası olmayanın yeri zibillikdir – Politoloq



“Strategiya - çətin hədəflərə nail olmaq üçün muəyyən prinsipləri ehtiva edən metoddur.

Stategiya olmadan, heç bir işdə - müharibədə, siyasətdə, biznesdə, ailədə, karyerada - uğur əldə etmək mümkün deyil”.

Cebhe.info-ya açıqlama verən siyasi şərhçi Fərhad Mehdiyev bildirib ki, məsələn, risklərin idarəolunması ya da SWOT analizi strategiyanın bir vasitəsidir:

“Strategiyanı düzgün müəyyən etmək üçün bilik lazımdır. Müəyyən qədər tarix, təcrübə, müəyyən qədər sahə biliyi, müəyyən qədər bazar bilmə olmalıdır, bir az da insanınızı tanımalısınız. Strategiyanı quranda siz nəyə hansı müddət ərzində nail olacağınızı görə bilirsiniz. İnsanlar hansı strategiyanı güddüklərini bəzən açıqca yazmaz, olub-olmadığını deməz. Lakin siz bunu başa düşə bilərsiniz, onların hərəkətlərini "oxumaqla". Özünü çox ciddi göstərsələr də heç bir strategiyası olmayan insanlar, qüvvələr görürəm. Mübarizədə nəticənin hasil olması üçün kimin haqlı, kimin haqsız olmasının çox az bir təsiri var. Tarix bunun misalları ilə doludur. Əsas olan metoddur. Həyat belə səhvləri bağışlamır, strategiyası olmayanın yeri isə zibillikdir”. 

Hicranə İsmayılova 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений