Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sukerberq 3,3 milyard dollar itirdi



“Facebook”un qurucusu Mark Sukerberq istifadəçilərin xəbər lentlərində olacaq dəyişiklikləri elan edəndən sonra 3,3 milyard dollar itirib.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, şirkətin səhmlərinin qiyməti 4% aşağı düşüb.

Bunun nəticəsində Sukerberqin 77,3 milyard dollarlıq sərvəti 74 milyard dollara düşüb. O, dünyanın ən varlı insanları reytinqində də 4-cü yerini itirib. İndi həmin yeri “Zara” brendinin sahibi Amansio Orteqa tutur. Onun sərvəti 76,2 milyard dollar dəyərində qiymətləndirilir.

Qeyd edək ki, Sukerberq bundan sonra istifadəçilərin öz xəbər lentlərində dostlarının və yaxınlarının paylaşımlarını daha çox görəcəklərini elan etmişdi. Beləliklə şirkətlərin, brendlərin və KİV-lərin kontentlərinin görünüşü bir qədər məhdudlaşdırılacaq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений