Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sülh Platforması 20 Yanvar faciəsi ilə bağlı bəyanat verdi



Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması 20-də faciəsi ilə bağlı bəyanat verib.

Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, Sülh Platforması yüzlərlə dinc sakinin həlak olması ilə nəticələnən 1990-cı il yanvarın 20-də baş verən qanlı hadisələrin ildönümü münasibətilə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib:

"Azərbaycan xalqı ilə birlikdə dərindən sarsılırıq və vətənimizin qəhrəman övladlarının əziz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq qarşılarında baş əyirik. Azərbaycanın əhalisinə qarşı keçmiş sovet dövlətinin hərb maşınının törətdiyi qanlı təcavüz, insanlıq və bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biridir. Bu gün əbədi olaraq böyük bir faciə kimi nəsillərin yaddaşında qalacaq. Belə faciələr əsla başqa yerdə təkrarlanmamalıdır!"

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений