Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Sumqayıt" 20 yanvar şəhidlərimizi andı



Azərbaycan xalqı bu gün qanlı yanvar faciəsinin 28-ci ildönümünü qeyd edir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi. Nəticədə yüzlərlə həmvətənlərimiz şəhid olmuşdular. Faciədən artıq 28 il keçir və xalqımız hər il olduğu kimi bu il də şəhidlərimizi dərin ehtiramla yad edir.

Cebhe.info xəbər verir ki, “Sumqayıt” Futbol Klubu Azərbaycan xalqının kədərinə şərik çıxır, Vətənimizin azadlığı uğrunda canlarından keçən insanların yaxınlarına səbr diləyir.

Bu məqsədlə, "Sumqayıt" Futbol Klubunun rəhbərliyi, məşqçi və futbolçu heyəti Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək 20 yanvar şəhidlərini anıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений