Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sumqayıtda piyadalar üçün 50 sm-lik  “bardyur” – Problem FOTO 



Cebhe.info redaksiyasına şikayət edən Sumqayıt şəhər sakini Kamal Xəlilov  Zülfi Hacıyev küçəsindən Heydər Parkına gedən piyada yolunun girişində yaranan problem haqda danışıb.

Qeyd olunan ərazidə inşa edilən bardyur haqda şikayətini bildirən K.Xəlilov qeyd edib ki, fiziki qüsurlu, əlil adamlar, uşaqlar, hətta sağlam, cavan adamlar da bu “bardyur”a çıxmaqda çətinlik çəkər:

“Bəlkə də bu çox xırda məsələ görünə bilər. Şəhərdə neçə icra başçısı dəyişsə də, bu problem həll edən yoxdur. Halbuki yolun bu hissəsində yaxınlıqda seçim yoxdur, piyada keçidi bu “bardyur”a istiqamətləndiyindən məcburuq ki, mütləq burdan keçək. Bu xırda bir detal əslində sakinlərə laqeyd münasibətin göstəricisidir. Yerli məmurlar ümumiyyətlə piyada gəzsəydi, buradan keçsəydi bəlkə də problemə bir əncam çəkərdi.

Standartlara görə səhv etmirəmsə, yol kənarında “bardyur”un hündürlüyü 10 sm-ə yaxın olmalıdır. Amma şəkildən də göründüyü kimi bu bardyurun hündürlüyü az qala yarım metrə-50 sm -ə çatır. Ola bilsin bunu qoyanda relyefə uyğun ediblər, amma fikirləşməyiblər ki,bardyurdan çıxmaq insanlara çətinlik, narahatçılıq yaradacaq”. 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений