hava haqqinda Bakı
Bu gün +3 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.9202
  • NEFT - $ 66.56
  • clouds-weather

Suriya bombalandı: 70 ölü

Suriya bombalandı: 70 ölü

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyaya hava zərbəsi endirib. Nəticədə 70-ə yaxın insan ölüb. 

Cebhe.info xəbər verir ki, məlumatı Rusiya mətbuatı yayıb. Bildirilir ki, zərbələr Baquz kəndi yaxınlığındakı qaçqın düşərgəsinə endirilib.

Mətbuat yazır ki, insanların bəzisi avtomobildə yanaraq can verib.

Xatırladaq ki, 9 fevralda ərəb-kürd birləşmələri Suriyada İŞİD nəzarətində olan sonuncü kəndlərin azad edilməsinə yönələn əməliyyata başladıqlarını bildirmişdi.  Bu birləşmələrin təmsilçisi Mustafa Bali sosial şəbəkə hesabında Baquzun İŞİD nəzarətindəki son kənd olduğunu yazmışdı. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 336